Səttar Bəhlulzadənin Milli İncəsənət Muzeyindəki əsərlərinin monitorinqi keçirilib

 

Rəssamın muzeydə qorunub saxlanılan əsərlərinin orijinallığına dair bəzi media resurslarında yayılan iddialar əsassızdır

 

Son zamanlar bir sıra media resurslarında Azərbaycan Milli İncəsənət Muzeyinin fəaliyyətinə kölgə salan, o cümlədən Xalq rəssamı Səttar Bəhlulzadənin muzeydə qorunub saxlanılan əsərlərinin orijinallığına dair iddiaların yer aldığı yazılar dərc olunub. Azərbaycan Milli İncəsənət Muzeyi bununla bağlı mətbuat üçün məlumat yayıb.

 

Məlumatda qeyd olunur ki, Milli İncəsənət Muzeyində dünya və Azərbaycan bədii mədəniyyətinə aid nadir sənət inciləri saxlanılır. 18000-dək sənət nümunəsinin mühafizə edildiyi muzeyin zəngin kolleksiyası çeşidli və əhatəlidir. Muzeyin fondunda dünya incəsənətinin müxtəlif dövrgeniş coğrafiyasını əks etdirən qiymətli nümunələr, o cümlədən milli bədii mədəniyyətimizin “qızıl fondunu təşkil edən əsərlər toplanıb.

 

Muzeyin Azərbaycanın mədəni həyatında müstəsna əhəmiyyəti ölkə rəhbərliyinin ona göstərdiyi davamlı qayğıda öz əksini tapıb. Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2011-ci il tarixli 698 saylı Fərmanı  ilə muzeyəMilli Muzeystatusu verilib.

 

Son illər muzeydə ölkəmizin mədəni həyatı üçün mühüm hadisələrə çevrilən sərgi təqdimatlar keçirilib. 2012-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  təşəbbüsü dəstəyi ilə təşkil edilənFransa inciləri. Fransız incəsənəti Renessansdan XX əsrədəksərgisi özünün bədii dəyəri, mövzu dərinliyi eksponatların zənginliyi ilə səciyyələnərək belə önəmli tədbirlərdən biri olub. 2017-ci ildə V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu çərçivəsində Milli İncəsənət Muzeyində  İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan tikmələriadlı sərgi təşkil edilib. Sərgidə muzeyin fondunda saxlanılan nadir bədii incilərlə yanaşı, Londonun Viktoriya Albert Muzeyi, Berlinin İslam İncəsənəti Muzeyi, Avropa Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılan XVI-XVIII əsrlərə aid Azərbaycan bədii nümunələri təqdim edilib.

 

Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından”, “Yapon incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından”, “Alman incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasındansərgiləri incəsənət vasitəsilə ölkələrarası mədəni dialoq baxımından əhəmiyyətli layihələrdir. Görkəmli fırça tişə ustaları B.Kəngərli, S.Bəhlulzadə, Ö.Eldarov, T.Salahov, M.Rəhmanzadə, M.Abdullayev, T.Nərimanbəyov, C.Mircavadov, H.Əliyev, O.Sadıqzadə, T.Şıxəliyev, N.Əbdürrəhmanov, E.Rzaquliyev digərlərinin muzeyin fondları əsasında təşkil olunan sərgiləri respublikanın mədəni həyatında əlamətdar hadisələr kimi yadda qalıb.

 

Muzey Fransanın Luvr, İtaliyanınPinacoteca di Brera”, Almaniyanın Berlin Milli, Rusiyanın Ermitaj, Ukraynanın Taras Şevçenko adına Milli, Qazaxıstanın Təsviri Sənət, Gürcüstanın Milli muzeyləri Tbilisi Dövlət İncəsənət Akademiyası ilə sıx əməkdaşlıq münasibətləri yaradıb.

 

Azərbaycan Milli İncəsənət Muzeyi həmçinin bir sıra sosial yönlü layihələr həyata keçirir. Sağlamlıq imkanlarından qismən məhrum olan şəxslər üçün çeşidli tədbirlər bu qəbildəndir. Muzey mədəniyyətimizin incəsənətimizin təbliği, böyüməkdə olan gənc nəsildə milli vətənpərvərlik ruhunun yüksəldilməsi,  intellektual yaradıcı baxışların formalaşmasına yönəlmiş işlər görməkdədir.

 

Ölkənin mədəniyyəti üçün bu cür önəmli işlərin davamlı şəkildə gerçəkləşdiyi məkan barəsində son zamanlar biri sıra media resurslarında əsassız materiallar yayılmaqdadır. Muzeyin fəaliyyətinə kölgə salan fikirlərin əsassızlığını, muzeyin fəaliyyətinin açıq şəffaf olduğunu nümayiş etdirmək məqsədilə burada qorunub saxlanılan mədəniyyət nümunələrinin, o cümlədən  Azərbaycanın görkəmli rəssamı Səttar Bəhlulzadənin müəllifi olduğu əsərlərin saxlanma vəziyyəti ilə tanışlıq məqsədilə geniş tərkibdə komissiya təşkil edilib.

 

Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, AMEA-nın həqiqi üzvü Ömər Eldarovun sədrliyi ilə təşkil olunan komissiyanın tərkibinə Xalq rəssamlarıRəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Rəssamlar İttifaqının katibi Səlhab Məmmədov, ittifaqın bölmə müdirləri Tofiq Ağababayev, Arif Hüseynov, rəngkar Cəlil Hüseynov, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Əməkdar incəsənət xadimi, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev, muzeyin şöbə müdirlərisənətşünaslıq üzrə fəlsəfə doktoru Toğrul Əfəndiyev, Əməkdar rəssam Natiq Səfərov, Əməkdar mədəniyyət işçisi, Muzey Sərvətləri Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova, əntiq əşyalar üzrə ekspert Şahin Orucov daxildir.

 

Komissiya tərəfindən Azərbaycan Milli İncəsənət Muzeyinin fondlarında qorunub saxlanılan, o cümlədən Səttar Bəhlulzadənin müəllifi olduğu əsərlərin monitorinqi keçirilib. Monitorinq zamanı müəyyən edilib ki, əsərlərin hamısı muzeyin inventar kitabında qeydə alınaraq nömrələrə uyğun saxlanılır, onların qorunub saxlanılma şəraiti  və vəziyyəti yüksək dəyərləndirilib, əsərlərin orijinallığı təsdiqlənib.

 

Komissiyanın sədri, Xalq rəssamı Ömər Eldarov Azərbaycan Milli İncəsənət Muzeyinin fondundakı əsərlərin saxlanma şəraitindən məmnunluğunu qeyd edib və onların tam şəkildə beynəlxalq standartlara cavab verdiyini vurğulayıb. O, Səttar Bəhlulzadənin muzeydəki əsərlərinin sayının muzeyin daxilolma kitabına uyğun olduğunu təsdiqləyib. Ömər Eldarov bütün komissiya üzvləri adından bildirib ki, S.Bəhlulzadənin müəllif olduğu bütün əsərləri həm say baxımından, həmqeydiyyat baxımından düzgündür.

 

Onların orijinallığına şübhə yoxdur, çünki müəllifin dəst-xətti unikaldır, onu təkrarlamaq qeyri-mümkündürkomissiya üzvləri bunu öz imzaları ilə təsdiqləyir. 

 

Göstərilənlər nəzərə alınaraq komissiya üzvləri tərəfindən imzalanmış rəsmi protokol tərtib edilib. Protokolda bildirilir ki, Azərbaycan Milli İncəsənət Muzeyində Səttar Bəhlulzadənin qorunub saxlanılan əsərlərinin orijinallığına dair 27 may 2020-ci il tarixində bəzi media resurslarında yayılan iddialar əsassızdır və həqiqəti əks etdirmir.

 

Gələcəkdə Azərbaycan Milli İncəsənət Muzeyi barədə məlumatın mediada yayılmasından öncə müvafiq dəqiqləşdirmələrin aparılması üçün muzeyə müraciət edilməsi tövsiyə olunur. Muzey rəhbərliyi bu istiqamətdə ictimaiyyətlə işləməyə açıqdır və cəmiyyətimizi narahat edə biləcək hər hansı bir məsələyə aydınlıq gətirməyə hazırdır.

 

 

Mədəniyyət.- 2020.- 10 iyun.- S.5.