Respublika rəsm müsabiqəsinin virtual yekun
sərgisi
İyunun
12-də Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı,
Azərbaycan Dövlət
Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin
təşkilatçılığı ilə “Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinin
virtual yekun sərgisi açılacaq.
Sərgi
rəssamlıq istedadına
malik olan uşaqlar, yeniyetmə və gənc rəssamların yaradıcılığında
hazırkı vəziyyətlə
əlaqədar səhiyyə
işçilərinin, hüquq
mühafizə orqanları
əməkdaşlarının göstərdiyi fədakarlıq
nümunələrinin təsviri
sənət əsərləri
vasitəsilə təbliği
və tərənnümü,
milli həmrəylik, milli birlik duyğularını
və insanların bədii zövqünü
inkişaf etdirmək,
rəssamların yaradıcılığını
stimullaşdırmaq, doğma
Vətənə məhəbbət
hisslərini aşılamaq
məqsədilə həyata
keçirilir.
Müsabiqənin yekun sərgisini
virtual qaydada Azərbaycan
Dövlət Rəsm Qalereyasının və Xətai Sənət
Mərkəzinin sosial media
hesabları vasitəsilə izləmək mümkün
olacaq.
Mədəniyyət.- 2020.- 12 iyun.-
S.1;2.