Əməkdar artist NDU tələbələrinə onlayn ustad dərsi keçib

 

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin Xalq çalğı alətləri kafedrası tərəfindən “Bayatı-Şiraz” muğamı” mövzusuna həsr olunmuş onlayn dərs keçirilib. Dərsi Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının İnstrumental muğam kafedrasının müdiri, dosent Malik Mansurov keçib.

 

Malik Mansurov qeyd edib ki, təxminən XIV əsrə qədər Yaxın Şərq xalqlarının vahid musiqi janrı olan muğam sonralar baş verən ictimai-siyasi dəyişikliklər səbəbindən xalqlara uyğun parçalanıb. Bayatı-Şirazmuğamı haqqında geniş məlumat verən tarzən vurğulayıb ki, yalnız XIX əsrin sonlarından müstəqil olan muğam növü əvvəllərBayatı-İsfahandəsgahı kimi tanınıb. Bayatı-Şirazmuğamı öz gözəl, axıcı melodikasına dərin təsir qüvvəsinə görə musiqiçilər tərəfindən çox zamanərusimusiqi” (“musiqinin gəlini”) adlandırılır.

 

Sonda mövzu ətrafında çıxışlar olub və dərs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Mədəniyyət.- 2020.- 12 iyun.- S.5.