Bizi birləşdirən mədəniyyət”in növbəti qonaqları

 

“Mədəniyyət” kanalı vasitəsilə Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlanan “Bizi birləşdirən mədəniyyət” verilişinin növbəti qonaqları  Əməkdar artist, kamança ifaçısı Fəridə Məlikova və vokal ifaçı Şahin İsmayılov olub.

 

İyunun 17-də yayımlanan verilişdə ifaçılar yaradıcılıqlarındakı yeniliklərdən söz açıb, musiqi sənətimizdə böyük bəstəkarların məktəbinin yaşadılmasının vacibliyini vurğulayıblar.

 

Fəridə Məlikova Azərbaycan Milli Konservatoriyasının kollektivini 20 illik münasibətilə  təbrik edərək uzun illərdir orada həm müəllim, həm də Xalq artisti Arif Babayevin sinfində müşayiətçi kimi çalışdığını diqqətə çatdırıb. Kamança ifaçısı həmçinin dosent kimi çalışdığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindəki fəaliyyətindən də bəhs edib. Verilişdə milli musiqi alətimiz olan kamançanın musiqimizdə rolu və əhəmiyyətindən danışılıb.

 

 Şahin İsmayılov Azərbaycanda vokal sənətinin inkişafı və bu sahədəki uğurlardan söz açıb. Bildirib ki, Azərbaycan bəstəkarlarının romansları dünya səviyyətində də təbliğ edilməlidir.

 

Canlı efirdə Şahin İsmayılovun ifasında Ü.Hacıbəylinin N.Gəncəvinin sözlərinə yazdığı “Sənsiz” romansı, dünya bəstəkarlarının əsərlərindən nümunələr, F.Məlikovanın ifasında isə H.Xanməmmədov, T.Quliyev və digər sevilən bəstəkarların əsərləri səslənib.

 

 

Mədəniyyət.- 2020.- 19 iyun.- S.1.