Həftəsonu tamaşa
təqdimatları
Ölkəmizin teatrları cari repertuardan seçmə və arxiv tamaşalarının virtual formatda nümayişini davam etdirirlər.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Facebook” səhifəsi vasitəsilə bu həftəsonu da maraqlı tamaşalar göstərəcək. İyunun 19-da “Manqurt”, ayın 20-də “Biganələr hoteli”, 21-də isə “Mənim sevimli dəlim” tamaşaları təqdim olunacaq. Səhnə əsərlərinin virtual nümayişi saat 19:00-da başlanır.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarında üç səhnə əsəri yer alır. Teatrın sosial şəbəkə səhifələri vasitəsilə iyunun 19-da uşaqlar üçün Azərbaycan xalq nağılı “Göyçək Fatma”, 21-də isə “Buratinonun macəraları” (hər ikisi saat 14:00-da) göstəriləcək. İyunun 20-də (saat 19:00) N.Qoqolun əsəri əsasında “Dəlinin qeydləri” monotamaşası təqdim olunacaq.
İyunun 20-də Abdulla Şaiq
adına Azərbaycan Dövlət Kukla
Teatrı özünün “Youtube” kanalında (saat
12:00) “Kral” tamaşasını təqdim
edəcək. İyunun 21-də isə
teatrın ən maraqlı səhnə nümunələrindən
olan “Zəng” tamaşası nümayiş etdiriləcək.
Tamaşanın ssenari müəllifi və
quruluşçu rejissoru
teatrın baş rejissoru
Qurban Məsimov, quruluşçu
rəssamı Rəvanə Yaqubovadır. Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan tamaşa ailədə
valideynlərə olan münasibətdən
bəhs edir.
Mədəniyyət.- 2020.- 19 iyun.-
S.3.