BXA-nın
prorektoru təltif olunub
Türkiyənin paytaxtı Ankarada
fəaliyyət göstərən
Türk Dünyası
Araşdırmaları Beynəlxalq
Elmlər Akademiyası
Elmi Şurasının
qərarı ilə Bakı Xoreoqrafiya Akademiyasının (BXA) elm və
yaradıcılıq işləri
üzrə prorektoru, Əməkdar incəsənət
xadimi, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru, professor Sonaxanım
İbrahimova həqiqi
üzv (akademiki) seçilib və “Beynəlxalq qızıl ulduz” medalı ilə təltif olunub.
BXA-dan verilən məlumata görə, professor S.İbrahimova Azərbaycanda elm və təhsilin inkişafında
xidmətlərinə görə
bu təltifə layiq görülüb.
Türk Dünyası Araşdırmaları
Beynəlxalq Akademiyası
türkdilli ölkələrin
elmini, mədəniyyətini,
tarixini öyrənmək,
araşdırmaq və
yaymaq üçün
yaradılan beynəlxalq
elmi qurumdur. Akademiyanın dünyanın 30-dan çox
ölkəsindəki universitetlər,
elmi tədqiqat institutları, digər elm
və təhsil qurumları ilə əlaqələri var.
Mədəniyyət.- 2020.- 19 iyun.-
S.3.