Əlilliyi olan şəxslərin ifalarından ibarət musiqi albomu

 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi istedad və bacarıqları ilə seçilən fiziki məhdudiyyətli şəxslərin və onların yaradıcılıq nümunələrinin cəmiyyətə tanıdılması istiqamətində növbəti layihəni gerçəkləşdirib.

 

Nazirlikdən verilən məlumata görə, ölkədə ilk dəfə əlilliyi olan şəxslərin ifalarından ibarət toplu – “Qəlbin nəğməsi” adlı musiqili albom hazırlanıb. Topluda klassik, millimüasir musiqi əsərləri təqdim edilir. Layihənin bir özəlliyi də albomda əlilliyi olan şəxslərin tanınmış müğənnilərlə birgə ifalarının yer almasıdır.

 

AlbomEurovision” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək Samirə Əfəndi ilə əlilliyi olan şəxslərin ifasında Azərbaycanın Dövlət himni ilə açılır. Daha sonra ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Sən elə bir zirvəsən” mahnısı səslənir. Həmçinin topluda Aysel Əlizadənin, Turanə Həmidovanın (əməkdar artist Aygün Bəylərlə birgə), Gülnar Rəhimovanın, Elgiz Babazadənin, Sima Tapdıqovanın, Mehman Çingizoğlunun, Bəhlul Tufanın (Şəmistan Əlizamanlı ilə birgə), Fərqan Arifoğlunun, Seymur Əliyevin, Sadiq Həsənovun, Gülnar Novruzovanın (İlqar Xəyalla birgə), Murad Sadıxın, Fatimə Əkbərlinin səsləndirdiyi mahnılar təqdim edilir.

 

“Qəlbin nəğməsi” albomu Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilib. Agentlik tərəfindən müəlliflik hüququna dair şəhadətnamə verilib.

 

“ASAN Radio” – 100 FM-də təqdim olunan musiqi nömrələri iki həftə ərzində bu radioda səsləndirilərək geniş dinləyici auditoriyasına təqdim ediləcək.

 

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bundan əvvəl “Əlillik qüsur deyilkitab-albomu hazırlanaraq Azərbaycan və ingilis dillərində nəşr etdirilib. Nazirliyin dəstəyi ilə görmə imkanları məhdud şəxslərin şeirlərindən ibarət “Zülməti dələn işıq” kitabı da nəşr olunub. Əlilliyi olan insanların çalışdığı ƏSA teatrı ilə əməkdaşlıq çərçivəsində bir sıra tamaşalar hazırlanaraq təqdim edilib.

 

Mədəniyyət.- 2020.- 19 iyun.- S.5.