Tanınmış fotojurnalist Fərman Bağırov vəfat edib
Əməkdar mədəniyyət işçisi,
tanınmış fotojurnalist
Fərman Bağırov
iyunun 15-də, 84 yaşında
vəfat edib.
F.Bağırov 1936-cı ildə Bakıda anadan olub. Əmək fəaliyyətinə
“Kommunist” qəzetində
başlayıb, sonra fəaliyyətini “Azərbaycan”
qəzetində davam etdirib. 2020-ci ilədək bu qəzetdə çalışıb,
Foto-illüstrasiya şöbəsinin
müdiri olub. Qocaman fotojurnalist bu sənətin sirlərini gənc əməkdaşlara
da həvəslə öyrədib.
Jurnalistikada xidmətlərinə görə Azərbaycan
SSR Ali Sovetinin Fəxri
fərmanına, respublikanın
“Əməkdar mədəniyyət
işçisi” fəxri
adına layiq görülüb. Bir çox sərgi və müsabiqələrdə
iştirak edərək
diplom və fəxri fərmanlar alıb. 2005-ci ildə
“Tərəqqi” medalı ilə təltif edilib.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2020.- 19 iyun.-
S.6.