“Azərbaycan
musiqi tarixi”nin
növbəti cildi tamamlanıb
Görkəmli musiqişünas alim,
AMEA-nın Memarlıq
və İncəsənət
İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin
müdiri, akademik Zemfira Səfərova və onun rəhbərlik
etdiyi işçi qrup tərəfindən “Azərbaycan musiqi tarixi” adlı çoxcildliyin V cildi tamamlanıb və işıq üzü görüb.
AMEA-dan bildirilib ki, qədim tarixə malik olan Azərbaycan mədəniyyətinin əsas
qolu hesab edilən musiqimizin tarixi köklərinin araşdırılması və
onun gələcək
nəsillərə çatdırılması
məqsədini daşıyan
kitabın ərsəyə
gəlməsində Memarlıq
və İncəsənət
İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin
alimləri və bir sıra musiqişünaslar
yaxından iştirak ediblər. Əsər uzun illər
aparılan tədqiqatlar
əsasında hazırlanıb.
Bu cilddə müasir dövr bəstəkarlar nəslinin görkəmli nümayəndələri – Fərəc
Qarayev, Firəngiz Əlizadə, Aydın Əzimov, Vaqif Mustafazadə, Polad Bülbüloğlu, Azər
Dadaşov, İsmayıl
Hacıbəyov, Oqtay Rəcəbov, Cavanşir Quliyev, Afaq Cəfərova,
Rəhilə Həsənova
və digərlərinin
sənət yolu və əsərləri xronoloji ardıcıllıqla
təhlil edilib. Həmçinin müstəqillik dövründə Azərbaycanın
musiqi həyatında baş verən yeniliklər, eləcə də beynəlxalq əlaqələr, caz və kino musiqisinin
özəllikləri tədqiq
edilib. Bir sıra bəstəkarların
yaradıcılığı ilk dəfə hərtərəfli
araşdırmaya cəlb
edilib.
Qeyd edək ki,
“Azərbaycan musiqi tarixi”
kitabının akademik nəşri musiqi tariximizdə ilk dəfə
həyata keçirilir.
Mədəniyyət.- 2020.- 26 iyun
.- S.3.