“Birgə mütaliə”də narkomaniya haqqında əsər müzakirə olunub

 

 

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Birgə mütaliə” layihəsində növbəti onlayn kitab müzakirəsi narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr edilib.

 

İyunun 25-də V.SiqarevinŞeytan ailəsi” əsərinin müzakirəsi aparılıb. Layihənin spikeriMEMİM-in əməkdaşı Rəfiqə Nəsirova qeyd edib ki, əsər bir ailənin narkomaniya silahı ilə necə məhv olduğundan bəhs edir. Eyni zamanda əsər əsasında səhnələşdirilən “ ölüm” tamaşasından da söhbət açılıb.

 

Mütaliədə, həmçinin mərkəzin elmi katibi Cavid Əliyev, əməkdaşları Nurəddin Babazadə, Aygün Balabəyova, Bərdə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Əhliyyət Əliyev, Yardımlı rayon Musiqi məktəbinin nəzəriyyə müəllimi Baba Babazadə və digərləri mövzu ətrafında çıxış ediblər.

 

Mərkəzin direktoru Asif Usubəliyev qeyd edib ki, gənclərin zərərli vərdişlərə meylinin artması olduqca narahatlıq doğurur. Bu problemdən çıxış yolu ancaq gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, onların asudə vaxtlarının faydalı keçirilməsi, kütləvi mədəniyyət, təhsil və idman tədbirlərinə cəlb edilməsidir.

 

MEMİM tərəfindən bu istiqamətdə bir neçə tədbir, Biləsuvar rayonundaSağlam həyat tərzi və mədəniyyət” mövzusunda debatlar və Ağcabədidə “Narkomaniyaya qarşı mübarizədə mədəniyyət müəssisələrinin rolumövzusunda seminar keçirilib.

 

 

Mədəniyyət.- 2020.- 26 iyun .- S.2.