Bölgələrdə mədəni həyat

 

Virtual müstəvidə də olsa, davam edir...

 

26 iyun Azərbaycan Silahlı Qüvvələr Günüdür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ilk əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Silahlı Qüvvələr Günü elan olunub.

 

Xalqımızın iftixar mənbəyi olan qüdrətli ordumuz ona tapşırılan istənilən vəzifənin öhdəsindən gəlməyə hazırdır. Hər il Silahlı Qüvvələr Günü münasibətilə mədəniyyət müəssisələri tərəfindən müxtəlif tədbirlər təşkil olunurdu. Bu il koronavirus səbəbindən əlamətdar günlə bağlı tədbirlər əsasən onlayn formada keçirilir.

 

Bölgələrdəki mədəniyyət ocaqlarında həmçinin 26 iyunNarkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüqeyd olunub, müxtəlif tədbirlər təşkil edilib.

 

***

 

İsmayıllı Regional Mədəniyyət İdarəsi Qəbələ Dövlət Rəsm Qalereyasında Silahlı Qüvvələr Günü ilə əlaqədar qalereyanın nəzdində fəaliyyət göstərən rəsm dərnəyi şagirdlərinin əl işlərindən ibarət onlayn sərgi təşkil edilib. Qalereyanın “Facebook” səhifəsi vasitəsilə yayımlanan sərgi maraqla qarşılanıb.

 

***

 

Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Ağstafa rayon Heydər Əliyev Mərkəzi və rayon MKS-nin birgə təşkilatçılığı ilə gerçəkləşən “Heydər Əliyev və ordu quruculuğumövzusunda onlayn videokonfrans 26 İyun - Silahlı Qüvvələr Günüə həsr olunub.

 

Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova bildirib ki, ulu öndərin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi ölkədə vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi.

 

MKS-nin direktoru Solmaz Nağıyeva qeyd edib ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi uğurla davam etdirilir. MKS-nin əməkdaşları Günay Qədiməliyeva, Kamilə Əmirova, rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Aygün Əyyubova və İlham Budaqov mövzu ətrafında çıxış ediblər.

 

Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayon Heydər Əliyev Mərkəzi Qazax Dövlət Rəsm Qalereyası ilə birgə “Zərərli vərdişlərdən yayının” mövzusunda onlayn rəsm müsabiqəsi elan edib. 26 iyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı təşkil olunan müsabiqədə iştirak edən Qazax rayon məktəbliləri narkomaniyanın insanlıq üçün böyük təhlükə olduğunu rənglərin dili ilə çatdırmağa çalışıblar. Müsabiqəyə təqdim olunan işlər mərkəzin “Facebook” səhifəsində paylaşılıb.

 

Heydər Əliyev Mərkəzində I, II, III yerin qaliblərinə və digər iştirakçılara fəxri diplomlar təqdim edilib. Təltif mərasimi sosial izolyasiya qaydalarına uyğun şəkildə həyata keçirilib.

 

***

 

Tovuz rayon MKS isə “Narkomaniya əsrimizin bəlasıdır” mövzusunda videokonfrans keçirib. MKS-nin direktoru Güldərən İbrahimova tədbiri açaraq narkomaniyanın zərərli təsirləri barədə danışıb. Kitabxananın gənc fəal oxucusu Əvəz Əliyev bildirib ki, narkomaniya ilə mübarizə bütün cəmiyyət üçün vacib məsələdir. Çünki söhbət ümumilikdə cəmiyyətin sağlamlığından gedir.

 

Digər gənclər də “ ölümün törədiyi fəsadlar barədə öz fikirlərini bölüşüblər.

 

***

 

Bərdə Regional Mədəniyyət İdarəsində Bərdə rayon Mədəniyyət Mərkəzinin işçiləri ilə müşavirə keçirilib. Tədbir Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi sanitar-epidemioloji tələblərə əməl edilməklə açıq havada gerçəkləşib.

 

İdarənin rəisi İlyas Hacıyev mədəniyyət müəssisələrində karantin dövründə görülmüş işlərdən danışıb və aidiyyəti qurumlarda koronavirusla əlaqədar müəyyən olunmuş sanitar-gigiyenik qaydalara riayət edilməsi ilə bağlı öz tapşırıqlarını verib. Eyni zamanda Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının fəaliyyətinin daha da gücləndirilməsi, maraqlı tamaşaların hazırlanması ilə bağlı məsələlər diqqətə çatdırılıb.

 

Bərdə Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Yevlax şəhər Heydər Əliyev Mərkəzi, Mingəçevir Şəhər Tarix Muzeyi və Tərtər rayon Mədəniyyət Mərkəzinin Səhlabad kənd klub filialı “Narkomaniyaya yox deyək” adlı videoçarx hazırlayıb. 26 iyunNarkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar ərsəyə gətirilən materialFacebook” səhifəsində yerləşdirilib və izləyicilərin marağına səbəb olub.

 

***

 

Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon MKS-nin iştirakı ilə “Ordum varsa, yurdum var” adlı videokonfrans keçirilib.

 

Mərkəzi kitabxananın Uşaq şöbəsinin müdiri Kəmalə Cəfərova, biblioqraf Təranə İsayeva əlamətdar gün barədə ətraflı məlumat veriblər. Rayon İcra Hakimiyyətinin nümayəndəsi çıxış edərək ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində tarixi xidmətlərindən danışıb, dahi rəhbərin başlatdığı işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

 

Uşaq şöbəsinin fəal oxucusu Novruz Abdullayev Xalq şairi Nəriman Həsənzadənin “Müdafiə edim səni” şeirini səsləndirib.

 

Regional idarənin əhatə etdiyi Balakən rayon Mədəniyyət Mərkəzi isə 26 iyunNarkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuşSağlam gələcək naminə” mövzusunda videokonfrans keçirib. Mədəniyyət Mərkəzinin metodisti S.Yusibova, 1 saylı şəhər Diyarşünaslıq klubunun müdiri T.Musayev, Heydər Əliyev Mərkəzinin elmi işçisi Ç.Bazarova və fəal gənc R.İbrahimov çıxış edərək narkomaniyaya qarşı mübarizə tədbirlərindən danışıblar.

 

***

 

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə 2-ci sinif şagirdi Sona Həsənli Türkiyədə təşkil olunmuş “Evdə sənət var” adlı onlayn musiqi festivalında iştirak edərək sertifikata layiq görülüb. Sona alman bəstəkarı İ.S.Baxın “İnvensiya” əsərini (polifonik pyes) ifa edib. Onun ifası maraqla qarşılanıb.

 

***

 

Siyəzən rayon Mədəniyyət Mərkəzi, rayon Təhsil şöbəsi, Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda təşkil olunan onlayn rəsm müsabiqəsinin qalibləri təltif edilib.

 

Yeniyetmə və gənclər arasında keçirilən müsabiqəyə 30-dan çox əl işi təqdim olunub.

 

Yeniyetmələr arasında Rəfiqə Hüseynli I, İsmayıl Məmmədli II, Xoşbəxt Muradov və Nargilə Nəzərova III yerə layiq görülüblər. Gənclər arasında isə Leyla Əmirova I, İlkay İsmayılova II, Aydan Mayılova və Rəqsanə Zeynalova III yeri tutublar.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2020.- 26 iyun .- S.4.