“Kitabi-Dədə Qorqudla bağı tədqiqat

 

 

AMEA-nın Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Səfa Qarayevin “Dədə Qorqud eposu: xan konsepti, ərgənlik metaforaları və psixoloji komplekslər” adlı kitabı çapdan çıxıb.

 

Kitabda milli qorqudşünaslıq təcrübəsində ilk dəfə olaraq “Kitabi-Dədə Qorqudeposunun mənalar sistemi sosial-antropoloji yanaşmalar kontekstində psixoanalitik metodla araşdırmaya cəlb edilib. Nəşr “Kitabi-Dədə Qorqudda epik reallıq və metaforik məna”, “Kitabi-Dədə Qorqudda dəlilik: psixosemantik etiologiyası və simvolik semantikası” fəsillərindən ibarətdir.

 

Tədqiqat əsərində müasir dünya folklorşünaslığında əsas yanaşma istiqamətlərindən olanmövqe” anlayışı tətbiq edilib. Burada mühüm metodoloji yeniliklərdən biri eposdakı çoxsaylı fakt və konfliktlərin Edip kompleksi kontekstində analizi təcrübəsidir. Edip kompleksi psixoanalitiksosial-antropoloji tədqiqatlarda insanın emosional reallığının, sosial kimliyinin formalaşmasında həlledici əhəmiyyətə malik olan sosial-psixoloji münasibət səviyyəsi kimi öyrənilib. Müəllif tərəfindən “xanın taxtdan düşüb yenidən taxta çıxması”, “ata-oğul konflikti”, “dəlilik”, “ana xətti ilə qohumluq münasibətləri”, “ana mühitindən ata mühitinə keçid” və sair kimi epik konseptlər, həmçinin Edip və digər psixoloji komplekslərin mənayaradıcı təbiəti müasir nəzəri-metodoloji yanaşmalar kontekstində tədqiq edilib.

 

Mədəniyyət.- 2020.- 26 iyun .- S.7.