Dövlət dili dövlətçilik, suverenlik atributudur

 

 

Azərbaycan dili normalarına riayət edilməsi ilə bağlı mühüm dəyişikliklər qüvvəyə minib

 

Azərbaycanda dövlət dilinin işlənməsi   dövlət dili normalarına riayət edilməsi ilə bağlı müvafiq qanunvericilik aktlarına edilən bir sıra mühüm dəyişikliklər qüvvəyə minib. “İnformasiya, informasiyalaşdırma informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqındaİctimai televiziya radio yayımı haqqındaAzərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənib iyunun 23-də rəsmi mətbuatda (AZƏRTAC) dərc olunub.

 

İnformasiya, informasiyalaşdırma informasiyanın mühafizəsi haqqındaAzərbaycan Respublikası Qanununun müvafiq maddəsinə dövlət dili normalarına riayət edilməsi barədə müddəa əlavə edilib.

 

Kütləvi informasiya vasitələri haqqındaAzərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib: “Kütləvi informasiya vasitələrində dövlət dili normalarına riayət edilməlidir.”.

 

HəmçininTeleviziya radio yayımı haqqındaAzərbaycan Respublikasının Qanununda dövlət dili normalarına riayət edilməsi ilə bağlı müddəa əksini tapıb. Qanuna aşağıdakı redaksiyada 32-1-ci maddə əlavə edilib: “Teleradio yayımı sahəsində dövlət dilindən istifadənin dövlət dili normalarına riayət edilmənin təmin olunması ilə bağlı qaydaları müvafiq dövlət orqanı müəyyənləşdirir”. Qanuna əlavə edilən daha iki maddə teleradio yayımı zamanı reklamdaDövlət dili haqqındaAzərbaycan Respublikası Qanununun müddəalarına proqramlarda (verilişlərdə) dövlət dilindən istifadə dövlət dili normalarına riayət edilməsi barədədir.

 

Azərbaycan Respublikasında dövlət dili haqqındaAzərbaycan Respublikası Qanununun 13.1-ci maddəsi aşağıdakı redaksiyada yenilənib: “Dövlət dilinin normaları özündə Azərbaycan ədəbi dilinin orfoqrafiya orfoepiya normalarını ehtiva edir. Azərbaycan dilinin orfoqrafiya orfoepiya normalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Hüquqi, fiziki vəzifəli şəxslər bu normalara əməl etməlidirlər.”.

 

Prezident İlham Əliyev tərəfindən təsdiq edilən iyunun 23-də dərc edilənAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqındaqanunda isə kütləvi informasiya vasitələrində reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyənləşib. Qanuna əsasən, kütləvi informasiya vasitələrində reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.

 

Həmçinin teleradio yayımlarında digər kütləvi informasiya vasitələrində dövlət dili normalarının pozulmasına görə inzibati xətalar haqqında protokol tərtib edilməsi ilə bağlı müvafiq qanunvericilik aktlarına dəyişikliklər qüvvəyə minib.

 

Teleradio yayımlarında dövlət dili normalarının pozulmasına görə inzibati xəta haqqında işlər üzrə protokol Milli Televiziya Radio Şurasının sədri məsul şəxsləri, digər kütləvi informasiya vasitələrinə münasibətdə inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Mətbuat Şurası adından Şuranın sədri, onun müavini tərəfindən tərtib ediləcək.

 

Qanunvericilikdə qeyd olunan mühüm dəyişikliklər Azərbaycan dilinin işlənməsi istifadəsinə dövlət səviyyəsində diqqətin artırılması ilə yanaşı, həm dövlət dili normalarına riayət edilməsi üçün təsirli tədbirlər görülməsi ilə bağlı xeyli vaxtdan bəri aktual olan ictimai sifarişin reallaşmasıdır. Dövlət dili həm xalqın dövlətçilik, suverenlik atributudur onun qorunması da dövlətin təsirli qərarları ilə təmin edilməlidir.

 

Yeri gəlmişkən, bu mühüm dəyişikliklər barədə qanunların qüvvəyə minməsi həm də dövlət dilimizlə bağlı tarixi bir qərarın ildönümünə təsadüf edir. 102 il bundan əvvəl, 27 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti “Dövlət dili haqqında” qərar qəbul edib. Azərbaycan dili Cümhuriyyət ərazisində dövlət dili elan olunub...

 

Mədəniyyət.- 2020.- 24 iyun.- S.1.