Azərbaycanlı fleytaçının Parisdən onlayn konserti

 

 

Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) təşkilatçılığı ilə gerçəkləşən musiqi bayramı çərçivəsində Azərbaycan xalq mahnılarından, eləcə klassik musiqilərdən ibarət onlayn konsert olub.

 

Parisdə təhsil alan Ağarəhim Quliyev fleytada xalq mahnılarımızı klassik musiqi nümunələrini ifa edib. A.QuliyevLaçın”, “Küçələrə su səpmişəmkimi Azərbaycan mahnıları ilə yanaşı, Qabriyel Fore, Sergey Raxmaninov, Klod Debüssi, Con Denver kimi bəstəkarların əsərlərini səsləndirib. Onlayn konsert proqramı musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb.

 

Qeyd edək ki, Bakıda musiqiçi ailəsində dünyaya gələn Ağarəhim 9 yaşından fleytada ifa etməyə başlayıb. L. və M.Rostropoviçlər adına 21 nömrəli Musiqi məktəbində təhsil alıb. Bir sıra yerli və beynəlxalq müsabiqələrin qalibi olub. Ağarəhim Quliyev Rusiyanın Samara şəhərində Yuri Başmet adına Musiqi Akademiyasında, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alıb. Parisdəki “Ecole Normale De Musique” Konservatoriyasında təhsilini davam etdirir. O, Kremldə Rusiya Prezidentinin orkestrinin müşayiəti altında solo fleyta ilə çıxış edən ilk azərbaycanlı musiqiçidir.

 

Mədəniyyət.- 2020.- 24 iyun.- S.3.