Mayis Gəncəli (1947-2020)

 

 

Azərbaycan aşıq sənətinə ağır itki üz vermişdir. Ustad aşıq, Əməkdar mədəniyyət işçisi Mayis İsrail oğlu Sadıqov (Gəncəli) 73 yaşında qəflətən vəfat etmişdir.

 

Mayis Gəncəli Gəncə şəhərində anadan  olmuş, uşaqlıq çağlarından saza-sözə böyük maraq göstərmişdir. 1962-ci ildə ustadların yanında aşıqlığın sirlərini öyrənməyə başlamışdır. Aşıq Qədir, Aşıq Hümbət, Aşıq İslam Yusibov, Aşıq Zeynal Məmmədov (Qaraçıoğlu İbrahimin şagirdi), Aşıq Cuma Aslanov və Aşıq Hüseyn Cavandan dastanları mükəmməlliklə mənimsəmişdir.

 

Mayis Gəncəli aşıq yaradıcılığı ilə yanaşı divan ədəbiyyatının da bilicisi sayılırdı. O, ərəb və fars dillərini sərbəst bilirdi. Quran hafizi kimi də məşhur idi. Sovet dönəmində ittifaq miqyasında keçirilən festivallarda dəfələrlə birinci yerə layiq görülmüş, diplommükafatlar almışdır (1974, 1979, 1983). Dastançı aşıq kimi böyük hörmətə malik idi. Zəngin sözmusiqi repertuarı ilə seçilirdi. Repertuarında “Xəstə Qasım”, “Qurbani”, “Abbas və Gülgəz”, “Tahir və Zöhrə”, “Valeh və Zərnigar”, “Koroğlu” dastanları mühüm yer tuturdu. Xəstə Qasım, Aşıq Ələsgər, Molla Cuma və Növrəs İmanın müəmma dolu şeirlərinin dərin bilicisi idi. Şaqraqzil oxu manerası ilə seçilirdi. Koroğlu havalarının dərin bilicisiustad ifaçısı idi.

 

Müasir aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan Mayis Gəncəli Aşıqlar  Birliyinin fəaliyyətində yaxından iştirak edirdi. Sənət həyatı boyunca on beşə yaxın gənc aşığa ustad  xeyir-duası vermişdir. Azərbaycan aşıqlarının IV, V və VI qurultaylarının iştirakçısı olmuşdur. 2008-ci ildən AAB-nin İdarə heyətinin üzvü və Gəncəbasar aşıqlar bölməsinin rəhbəri idi.

 

Görkəmli sənətkar Mayis Gəncəlinin unudulmaz xatirəsi sənətsevərlərin qəlbində  daim yaşayacaqdır.

 

Allah rəhmət eləsin. Ruhu şad olsun.

 

Azərbaycan Aşıqlar Birliyi

 

Mədəniyyət.- 2020.- 24 iyun.- S.6.