“Bizi birləşdirən
mədəniyyət”in canlı yayımları davam
edir
Beynəlxalq Muğam Mərkəzindən “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində canlı yayımlar davam edir. Ötən həftə BMM-dən layihənin 3 canlı efiri yayımlanıb və “Mədəniyyət” kanalının tamaşaçıları, eləcə də sosial şəbəkə izləyiciləri tərəfindən izlənilib.
Həftənin ilk canlı efiri Uşaqların Beynəlxalq Müdafiəsi
Gününə həsr olunub. Növbəti
günlərdə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universiteti efirin qonağı olub. Universitetin rektoru, professor Ceyran Mahmudova təhsil ocağının fəaliyyətindən
söz açıb. Tələbələr maraqlı konsert
proqramı ilə çıxış ediblər.
Xalq artisti, skripka ifaçısı Zəhra Quliyeva, violin ifaçısı Osman Mustafazadə də həftə ərzində
canlı efirin qonağı olublar. Xalq artisti
onlayn dərslər və tələbələrinin
uğurları ilə
bağlı düşüncələrini
bölüşüb. Əməkdar artist, rejissor Nicat
Kazımov, ifaçılar
Pərvin Lətifov və Aydan Rüstəmzadə
də canlı efirin qonaqları sırasında olublar.
BMM-in solisti, V Muğam
Televiziya Müsabiqəsinin
qalibi Nisbət Sədrayeva “Bizi birləşdirən mədəniyyət”in
efirində sənətə
gəlişi, musiqi təhsili və muğam sənəti ilə bağlı düşüncələrini bölüşüb.
Ölkəmizdə Şairlər günü
kimi qeyd olunan 5 iyunda Xalq artisti, ADMİU-nun Muğam kafedrasının
müdiri Teyyub Aslanov və Əməkdar artist Azad Şükürovun
qonaq olduğu canlı efir unudulmaz şair Mikayıl Müşfiqə
həsr edilib. Qonaqlar Müşfiqin
həyat və yaradıcılığından söz açıb, tələbələrin ifasında
şairin şeirləri
və sözlərinə
bəstələnmiş mahnılar
səsləndirilib.
BMM-in solistləri və Muğam televiziya
müsabiqələri qaliblərinin iştirak
etdiyi həftəiçi buraxılışlarda
həm milli, həm də klassik
musiqilərə yer verilib.
Mədəniyyət.- 2020.- 10 iyun.-
S.3.