Mədəniyyət naziri Birgə Komissiyanın həmsədri təyin edilib

 

“Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 aprel tarixli sərəncamında dəyişiklik edilib.

 

Dövlət başçısının bununla bağlı martın 2-də imzaladığı sərəncama əsasən, Mədəniyyət naziri Əbülfəs Qarayev Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri təyin edilib.

 

Komissiyanın üzvləri aşağıdakı tərkibdə təsdiqlənib: Xarici İşlər nazirinin müavini, İqtisadiyyat nazirinin müavini, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini, Energetika nazirinin müavini, Səhiyyə nazirinin müavini, Dövlət Turizm Agentliyinin sədri, ölkəmizin Xorvatiya Respublikasında səfiri.

 

Mədəniyyət.- 2020.- 4 mart.- S.2.