Oksford Universitetində Bərdənin arxeologiyasına həsr olunmuş kollokvium

 

Fevralın 27-28-də Böyük Britaniyanın Oksford UniversitetininErtegun House” Mərkəzində Bərdə şəhərinin Orta əsrlər arxeologiyasına həsr olunmuş kollokvium keçirilib.

 

Bərdənin arxeoloji tədqiqatlarılayihəsi dünyanın ən qocaman nüfuzlu universitetlərindən olan Oksford Universitetinin strukturunda Azərbaycanın, Qafqazın Mərkəzi Asiyanın tarixinin, dillərinin mədəniyyətlərinin öyrənilməsi məqsədilə 2013-cü ildə yaradılmış Nizami Gəncəvi Mərkəzinin çox vacib elmi təşəbbüslərindən biridir. Arxeoloji ekspedisiyanın əsas məqsədlərindən biri dünya elmi ictimaiyyətinə Azərbaycanın bu şəhərinin qədim irsi zəngin tarixi haqqında daha dolğun məlumat verməkdir.

 

Kollokviumun keçirilməsindən bir gün əvvəl Oksford Universitetinin Xəlili Tədqiqat Mərkəzinin İncəsənət tarixi arxeologiya kafedrasını təmsil edən Skott Redfordun mühazirəsi gerçəkləşib. Mühazirənin mövzusuCənubi Qafqaz Orta əsrlərdə (XI-XIII əsrlər)” idi. Kollokviumun proqramı çərçivəsində 4 elmi sessiya keçirilib burada Bərdə arxeoloji ekspedisiyasının iştirakçıları çıxış ediblər.

 

Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, professor Ulrike Rosler Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti, Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzi İdarə heyətinin üzvü, akademik Nərgiz Paşayeva iştirakçıları salamlayaraq tədbiri açıq elan ediblər.

 

Akademik Nərgiz Paşayeva diqqətə çatdırıb ki, Bərdə arxeoloji layihəsi insanları mədəniyyətləri bir-birinə daha da yaxınlaşdırır. Bu ilin payızında AMEA-nın Arxeologiya İnstitutunda Bərdədə aparılan qazıntı işləri orada tapılan eksponatlarla bağlı seminar sərgi keçirilməsi planlaşdırılır.

 

Akademik çıxışında Azərbaycan arxeologiyasının tarixindən söz açıb. Bildirib ki, hələ 1919-cu il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin binasında açılanİstiqlal muzeyi”ndə arxeoloji tədqiqatlar nəticəsində əldə olunmuş eksponatlar da təqdim edilmişdi. 1920-ci ildə bu muzeyin bazasında Azərbaycan Tarixi Muzeyi yaradıldı. Vurğulanıb ki, Azərbaycanın arxeologiya elmi sovet dövründə beynəlxalq səviyyədə geniş şəkildə təmsil olunmayıb. 1981-ci 1982-ci illərdə Fransada, Parisdəki İslam Muzeyində keçirilən qədim insan məskənləri ilə bağlı sərgilərdə arxeoloq Məmmədəli Hüseynov tərəfindən aşkar edilmiş Azərbaycandakı Azıx mağarasından bir eksponat nümayiş olunmuşdu.

 

Sonra Bərdə şəhərində arxeoloji tədqiqatların iştirakçıları olan alimlər ərazidə apardıqları qazıntılardan danışıblar.

 

Bərdə Arranın tarixinə tarixşünaslığına həsr olunmuş ilk sessiyada Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun professoru Edmund HertziqOrta əsrlərin Azərbaycan tarixinin yazılmasıadlı məruzə ilə çıxış edib. Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə VəlixanlıAzərbaycanda Orta əsrlər dövrünün arxeologiyasımövzusunda çıxış edib.

 

Bərdənin tədqiqinə arxeoloji yanaşma Azərbaycanda Orta əsr şəhərlərinin landşaftlarımövzusuna həsr olunmuş ikinci sessiyada Oksford Universitetinin Brasenos Kollecinin elmi tədqiqatçısı, Bərdə arxeoloji ekspedisiya qrupunun rəhbəri Pol VordsvortBərdənin şəhər mənzərəsi, 600-1200” adlı məruzəsini təqdim edib.

 

Bərdə şəhərindən əldə olunan bioarxeoloji dəlilləradlı üçüncü Bərdənin maddi mədəniyyətiadlı dördüncü sessiyada da məruzələr dinlənilib.

 

2015-ci ildən başlayaraq Oksford Universitetinin Brasenos Kollecinin arxeoloqu Pol Vordsvortun rəhbərliyi ilə Bərdənin Qaratəpə Torpaqqala ərazilərində arxeoloji qazıntı işləri aparılır. Layihədə Britaniyanın Oksford Edinburq, ABŞ-ın Pensilvaniya, İrlandiyanın Dublin, Almaniyanın Halle-Vittenburg, Danimarkanın Kopenhagen, Gürcüstanın Tbilisi Dövlət universitetlərinin, həmçinin ABŞ-ın İslam İncəsənəti üzrə Doris Duke Fondunun, Britaniyanın York Arxeoloji Etimad Sərhədsiz İrstəşkilatlarının, Sofiyadakı Amerika Tədqiqat Mərkəzinin nümayəndələri, habelə Milli Azərbaycan Tarixi Muzeyinin Bakı Dövlət Universitetinin əməkdaşları iştirak edir.

 

2018-ci ilin mart və 2019-cu ilin aprel aylarında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş nümunələr laborator tədqiqatların aparılması üçün Oksford Universitetinə göndərilib.

 

Mədəniyyət.- 2020.- 4 mart.- S.1;2.