Respublika müşavirəsinin panel iclasları təlim sessiyaları

 

Azərbaycanın mədəni marşrutlar potensialımövzusunda Respublika müşavirəsininMədəni marşrutlar: milli mədəni irsin təbliği yerli inkişafı üçün model” adlı panel iclası Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioninin moderatorluğu ilə keçdi.

 

 

 

Milli mədəni irsin təbliği inkişafı üçün model

 

 

 

İclasdaAzərxalça” ASC-nin İdarə heyətinin sədr müavini Orxan Rzayev Azərbaycanda xalçaçılığın inkişafı xalça sənəti haqqında məruzə ilə çıxış etdi. Qeyd olundu ki, xalça toxumaq insanları birləşdirir, onlarda kollektivlik, bir-birinə kömək, dostluq hisslərini aşılayır. Azərbaycan xalçası təkcə milli həyat tərzinin əsas elementlərindən, dekorativ-tətbiqi sənətin növ müxtəlifliyindən ibarət deyil, xalqın mənəvi əxlaqi normaları ilə bağlıdır. Azərbaycanda xalça toxuculuğu tətbiqi sənətin ən qədim sahələrindən hesab edilir. Ölkə ərazisində aparılan arxeoloji qazıntılar yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu Tunc dövründə meydana gəlib. Vurğulandı ki, qədim zamanlardan Avropada Azərbaycan xalçalarına böyük maraq olub bu gün bu ənənə davam etməkdədir.

 

MəruzəçiAzər-İlməAzərxalça”nın fəaliyyəti haqqında da məlumat verdi. Bildirdi ki, “Azər-İlməxalçaçılıq şirkəti ötən əsrin 90-cı illərindən başlayaraq  Abşeronda, Qarabağda, Qazaxda, Qubada, Gəncədə, Lerikdə, Şirvanda, Şəkidə emalatxanalar yaradaraq qədim xalçaçılıq ənənələrini yaşatmağa çalışıb. Bu gün bu dövlətin diqqət qayğısı, dəstəyi iləAzərxalça” ASC tərəfindən geniş şəkildə davam etdirilir. HazırdaAzərxalça”nın ölkə üzrə 12 xalça fabriki fəaliyyət göstərir.

 

Vurğulandı ki, Azərbaycan xalçaçılığının inkişafı onun nailiyyətlərinin dünya miqyasında təbliği sahəsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük rolu var. Mehriban xanımın rəhbərliyi ilə Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi münasibətilə Böyük Britaniyada, Fransada Rusiyada keçirilən Azərbaycan mədəniyyəti incəsənəti günləri çərçivəsində təşkil edilən xalça sərgiləri bu qədim mirasın təbliğinə böyük töhfə verib. 2010-cu ildə  Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

 

 

 

Mədəniyyət müəssisələrinin mədəni marşrutlarda rolu

 

 

 

Fevralın 29-da işini davam etdirən müşavirənin növbəti panel iclasıMədəniyyət müəssisələrinin mədəni marşrutların inkişafında təbliğatında rolumövzusuna  həsr olunmuşdu.

 

Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioninin moderatorluğu ilə keçirilən iclasda Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, Mədəniyyət üzrə Elmi-Metodiki İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev, Beynəlxalq Muğam MərkəzininUnudulmayanlarDəyirmi masalayihələrinin koordinatoru Gülhüseyn Kazımlı, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə, Saatlı rayon Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyev mövzu üzrə məruzələrlə çıxış etdilər.

 

Asif UsubəliyevMədəniyyət müəssisələri mədəni marşrutların subyekti kimiməruzəsində Mədəniyyət üzrə Elmi-Metodiki İxtisasartırma Mərkəzinin ənənəvi mədəniyyət sahələrinin hərtərəfli tənzimlənməsində əlaqələndirici rolundan söz açdı, xalq yaradıcılığının müxtəlif janrlarının inkişafının stimullaşdırılmasından danışdı.

 

Gülhüseyn KazımlıAzərbaycan muğam marşrutlarıQarabağ, Şirvan, Bakı, Gəncə, Tiflis” mövzulu məruzəsində ölkəmizdə muğam ifaçılıq məktəblərinin formalaşması inkişafından bəhs etdi.

 

Panel iclasda aşıq sənətinin tarixi, bölgələrin mədəni marşrutların fəaliyyətində rolu yeni təşəbbüslərlə bağlı fikirlər səsləndirildi.

 

***

 

Daha sonra müşavirə çərçivəsində təlim sessiyası təşkil edildi. TəlimçilərMədəni Marşrutlar üzrə Avropa İnstitutunun layihə rəhbəri Karolina Klark Avropa Tarixi Termal Şəhərlərmarşrutunun koordinatoru Katerina Lloyd “Mədəni marşrutların inkişafı, idarəçilik davamlı idarəetmə”, “Yerli davamlı inkişaf üçün mədəni marşrutlar: sistemli yanaşma”, “Mədəni marşrutlar üçün brendləşdirmə, marketinq kommunikasiya”, “Tematik tədqiqatlar ən yaxşı təcrübələrmövzularında müzakirə apardılar.

 

Günün ikinci yarısı təlim sessiyasıMədəni marşrutlarən yaxşı təcrübələrmövzusunda işini davam etdirdi.

 

 

 

Avropa Şurası mədəni marşrutlarının tematik tədqiqatları

 

 

 

Həmin gün təlim sessiyası üzrəAvropa Şurası mədəni marşrutlarının tematik tədqiqatları ən yaxşı təcrübələrimövzusunda məruzələr dinlənildi.

 

Məruzələr Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioni, həmin institutun layihə rəhbəri Karolina Klark Avropa Tarixi Termal Şəhərlərmarşrutunun koordinatoru Katerina Lloyd tərəfindən təqdim edildi.

 

Məruzələrdə Avropa Şurasının Azərbaycandan keçən marşrutları, mədəni marşrutların inkişaf yolları, Avropa Şurasının sertifikatlaşdırılmış mədəni marşrutlarının genişləndirilməsi ölkəmizdə bu sahənin inkişafı üçün çağırışlar imkanlardan söz açıldı. Çıxışlar zamanı mədəni marşrutlar üzrə müvafiq qurumların fəaliyyəti, müxtəlif ölkələrdə mədəni marşrutların təşkili, inkişafı ilə bağlı təqdimatlar edildi. Eyni zamanda bu sahədə yeni ideya layihələr haqqında məlumat verildi.

 

Tədbirdə həmçinin növbəti forumun bu ilin oktyabr ayında Yunanıstanda keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırıldı.

 

Məruzələrdə mədəni marşrutlarla bağlı təbliğat-təşviqat işlərinin gücləndirilməsi, bu sahədə maarifləndirmə işlərinin aparılması da vurğulandı. Çıxışlarda mədəni marşrutlar mədəniyyətlərarası dialoqun istiqamətlərindən biri kimi dəyərləndirildi. Qeyd olundu ki, mədəni marşrutlar Avropa yaddaşının qoruyucusu olaraq milli irsin təbliğində əhəmiyyətli yer tutur.

 

Sonda Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının tarixini əks etdirən videoçarx nümayiş olundu.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2020.- 4 mart.- S.3.