Fortepianonun təmiri və köklənməsi
üzrə kurslar başa
çatıb
Respublikadakı uşaq musiqi və incəsənət məktəblərinin istifadəsində olan fortepiano və royal alətlərinin köklənməsi və nizama salınması, təmir işlərinin aparılması üçün mütəxəssislərin peşə ixtisaslarının artırılması, təkmilləşdirilməsi Mədəniyyət Nazirliyinin daim diqqət mərkəzindədir.
Nazirliyin təşəbbüsü ilə fevralın 17-dən 28-dək Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında fortepiano və royal alətinin təmiri, köklənməsi və nizamlanması üzrə təlim kursları keçirilib. Kurslarda Bakı, Sumqayıt şəhər, Cəbrayıl, Kürdəmir, Sabirabad, Şuşa və Füzuli rayon uşaq musiqi və incəsənət məktəblərinin müəllim-kökləyiciləri iştirak ediblər.
Kurator Abbas Kərimov tərəfindən aparılan təlimdə dinləyicilər fortepiano və royalın hissələri, mexanikası ilə tanışlıq, mexanikanın nizamlanması və təmiri metodu, çəkiclərin cilalanması və təmiri, pedalların təmiri və nizamlanması ilə bağlı bilik və bacarıqlar əldə ediblər.
Təlimləri bitirən dinləyicilərə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sertifikatları təqdim edilib.
Mədəniyyət.- 2020.- 4 mart.-
S.5.