Nyu-Yorkda keçirilən film festivalında ölkəmiz
də təmsil olunub
ABŞ-ın Nyu-York
şəhərində keçirilən
23-cü Sephard yəhudi
film festivalında ölkəmiz
də ilk dəfə təmsil olunub. Festivalda rejissor
Rüfət Əsədovun
“Kənddə sonuncu yəhudi” filmi göstərilib.
ABŞ və Avropa
ölkələrində nümayiş
olunmuş ekran əsəri bu festivalda da böyük
maraqla qarşılanıb. Mətbuat konfransında
çıxış edən
rejissor Rüfət Əsədov bildirib ki, Azərbaycanda bir çox etnik və milli
azlıqlar kimi, yəhudilərin də bütün milli və insani hüquqları dövlət
səviyyəsində qorunur
və film də ölkəmizdə yəhudi
xalqının dəyərlərinə
hörmətin təzahürüdür.
Mədəniyyət.- 2020.- 4 mart.-
S.8.