Müasir dramaturgiya müsabiqəsi elan edilib
Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı
“British Council Azərbaycan”ın dəstəyi ilə “Yeni dudman” müasir
dramaturgiya müsabiqəsi
elan edir.
Müsabiqənin adı bu il 150 illik
yubileyi dövlət səviyyəsində qeyd edilən görkəmli yazıçı-dramaturq Əbdürrəhim
bəy Haqverdiyevin “Köhnə dudman” əsərindən iqtibas olunub. Müsabiqənin ideyası da
bu paradoksda – “yeni” və arxaik
“dudman” sözlərinin
vəhdətindədir.
Müsabiqənin əsas məqsədi teatr sənətinin populyarlaşdırılması, ilk növbədə yeni pyes müəlliflərinin
aşkar edilməsi, habelə Azərbaycan teatr ənənələri
kontekstində, ölkədə
baş verən yenilikləri əks etdirən dram əsərlərinin
yazılmasıdır.
Müsabiqə tədris proqramı, dramaturgiya müsabiqəsini
və pyeslərin teatrallaşdırılmış oxunuşunu özündə
ehtiva edir.
Tədris proqramı çərçivəsində
aprel-may aylarında yerli və xarici
mütəxəssislər iştirakçılar
üçün teatr
sənətinin müxtəlif
problemlərinə həsr
olunmuş mövzularda
mühazirələr oxuyacaq,
dram təlimçiləri isə
dram əsərinin yazılma
metodları haqqında
praktiki seminarlar aparacaqlar. Teatr haqqında mühazirələri
rejissorlar, dramaturqlar, teatr tənqidçiləri
və teatrşünaslar
oxuyacaq. Praktiki ustad
dərslərini (drama-treninqləri)
isə peşəkar dramaturqlar aparacaq. Dramaturgiya ilə bağlı treninqlər nəzəriyyə,
ümumi və fərdi söhbətlər,
əks əlaqə üzərində qurulmuş
təcrübi tapşırıqlar
üzrə intensiv məşğələlər formasında keçiriləcək.
Təlimlərin yekununda iştirakçılara
öz pyeslərini yazmağa vaxt veriləcək. Onlar peşəkar
dram təlimçiləri ilə
sıx əlaqədə
mətn üzərində
işləyəcəklər.
Dramaturgiya müsabiqəsi mərhələsində
iştirakçılar öz
pyeslərini müsabiqəyə
təqdim edəcəklər. Pyeslər müsabiqəyə
üç dildə –
Azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər. Oxunuş və quruluş üçün pyeslərin
tərcümə variantından
istifadə ediləcək.
Üçüncü mərhələdə, müsabiqənin
yekununda təqdim olunan pyeslərin teatrallaşdırılmış oxunuşu və müzakirəsi təşkil
olunacaq. Münsiflər heyəti əsərləri
qiymətləndirəcək və festivalın üç qalib pyesini seçəcək.
Uğur qazanmış pyeslərin
2021-ci ildə dövlət
sifarişi ilə teatrlarda tamaşaya qoyulması nəzərdə
tutulur.
“Yeni dudman” müasir dramaturgiya müsabiqəsinin iki ildən bir təşkil olunması planlaşdırılır.
Müsabiqədə 16 yaşdan 50 yaşa qədər hər bir Azərbaycan vətəndaşı iştirak
edə bilər.
Daha əvvəl pyesi tamaşaya qoyulan şəxslər müsabiqədə iştirak edə bilməz.
Son qeydiyyat günü: 15 aprel 2020-ci il.
İştirak etmək istəyənlər
bu anketi doldurmaqla yenidudman@gmail.com e-mail adresinə
özləri haqqında
informasiya göndərə
bilər.
Əlaqə: (012) 598 53 16
Rəsmi
informasiya dəstəyi:
AzTV və “Mədəniyyət” kanalları,
“teatro.az” sənət portalı.
Mədəniyyət.- 2020.- 4 mart.-
S.8.