Hər gün teatrın olsun...

 

 

10 mart Milli Teatr Günüdür

 

Real həyatın ən mükəmməl, canlı estetik təsviri sayılan teatr bütün zamanlarda insanlığın saflaşmasına, yüksək bəşəri ideyalara xidmət edib. Bu mənada zəngin  ənənələri olan Azərbaycan teatrı da haqlı olaraq qürurlanmalıdır.

 

Mütərəqqi ziyalıların meydanlarda yaranan xalq teatrını peşəkar səviyyəyə yüksəltmələri bunun üçün zaman-zaman mübarizə aparmaları ehtirama layiqdir.

 

Martın 10-da Azərbaycanda peşəkar milli teatrın yaranmasının 147 ili tamam olur. 1873-cü ilin həmin günündə Bakıda böyük maarifçi Həsən bəy Zərdabi görkəmli yazıçı-dramaturq Nəcəf bəy Vəzirovun təşəbbüsü, aktyor Əsgər ağa Adıgözəlov (Gorani) Realnı məktəbin şagirdlərinin iştirakı ilə Mirzə Fətəli AxundzadəninLənkəran xanının vəzirikomediyası səhnələşdirilib.

 

Bununla təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində peşəkar teatrın təməli qoyulub. Teatrın böyük ictimai əhəmiyyətini dərk edən Azərbaycan ziyalıları Naxçıvan, Şəki, Şamaxı, Lənkəran, Quba Şuşa şəhərlərində, eləcə Tiflisdə İrəvanda teatr tamaşaları təşkil edir beləcə, onu kütləvi sənət növünə çevirməyə çalışırdılar.

 

10 martın Milli Teatr Günü kimi qeyd olunması həm teatra, həm onu yaradan yaşadanlara sevgi ehtiram deməkdir. Prezident İlham Əliyevin 1 mart 2013-cü il tarixdə imzaladığıMilli Teatr Günü”nün təsis edilməsi haqqında sərəncam dövlətin bu zəngin tarixə, ümumilikdə teatr sənətinə diqqətinin bariz nümunəsidir.

 

Teatr ictimaiyyətinin, teatrsevərlərin bayramı – 10 mart bu dəfə bir sıra premyeralar, sənət axşamları ilə qeyd olunacaq.

 

Akademik Milli Dram Teatrı öz ənənəsinə sadiq qalaraq bu bayram günündə – 147 il öncə ilk dəfə səhnələşdirilən əsərlə, “Lənkəran xanının vəziritamaşası ilə teatrsevərlərin qarşısına çıxacaq. Klassik əsər 2011-ci ildə Əməkdar incəsənət xadimi, mərhum Vaqif İbrahimoğlunun verdiyi quruluşda təqdim olunacaq.

 

Həmin gün yolunu Teatr Xadimləri İttifaqından salanlar isə əsas zalda (saat 15:00) təşkil olunacaq bayram tədbirinə qatıla bilərlər.

 

Akademik Musiqili Teatr isə Milli Teatr Gününü premyera ilə qeyd etməyə hazırlaşır. Bəstəkar Səid Rüstəmov yazıçı-dramaturq Məmməd Səid OrdubadininBeş manatlıq gəlinmusiqili komediyası Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda nümayiş etdiriləcək. Əsər 1940-cı ildən 1994-cü ilə qədər müxtəlif quruluşlarda bu teatrın səhnəsində göstərilib sənətsevərlər tərəfindən rəğbətlə qarşılanıb.

 

Yuğ Dövlət Teatrı da tamaşaçılarını premyera ilə təbrik edəcək. Yaradıcı heyət rumın dramaturqu Matey VişnekinQoca kloun tələb olunurbirpərdəli pyesiniKloun bizzZadı ilə tamaşaçı ilə görüşdürəcək. Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır.

 

Azərbaycan Dövlət Kukla Teatrı da 10 martda premyera ilə uşaqları sevindirəcək. Rus şairi Aleksandr Puşkinin yaradıcılığına müraciət edən kollektivBalıqçı balıq haqqında nağıl”ınıQızıl balıqadı ilə təqdim edəcək. Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadədir.

 

Son illər yaranan müstəqil teatrlardanLaçınteatr-studiyası da 10 martı səhnədə bayram edəcək. StudiyanınArzular bağı” izləmək istəyənlər Dövlət Mahnı Teatrına baş çəkə bilərlər.

 

Gününü musiqi ilə yaddaqalan etmək istəyənlər üçün isə Şuşa Dövlət Musiqili Dram Teatrı rəngarəng konsert vəd edir.

 

HƏMİDƏ

 

Mədəniyyət.- 2020.- 6 mart.- S.1;2.