Sonsuzluğa uzanmış gecə”

 

Xocalı haqqında film İtaliya və Özbəkistana dəvət alıb

 

Rejissor Nadir Maçanovun Xocalı soyqırımına həsr olunmuşSonsuzluğa uzanmış gecə” filmi İtaliya və Özbəkistana dəvət alıb.

 

Bu barədə danışan Nadir Maçanov bildirib ki, filmin süjet xəttində Xocalıda yaşayan, Qarabağ savaşında kontuziya almış cavan bir rejissorun italiyalı məşhur kinorejissor Federiko Felliniyə yazdığı məktubdan da bəhs olunur. Qeyd edək ki, rejissorun 100 illiyi ilə bağlı 2020-ci il İtaliyadaFellini ilielan olunub.

 

Nadir Maçanov deyib: “İtaliyadakı sənət dostlarım yeni layihəmlə maraqlananda onlara ssenarinin süjet xəttində Felliniyə yazılan məktub olduğunu söylədim. Təbii ki, onlara Xocalı haqqında məlumat da verdim ki, ssenarinin məğzini bilsinlər. Maraqla qarşılandı və ona görə də dəvətlər aldım”.

 

Filmin Özbəkistanda nümayişinə gəlincə, rejissor bildirib ki, Daşkənddə məşhur kinorejissor Şuxrat Abbasovun tələbəsi olubMoskvada təhsilini bitirdikdən sonra yenə də Daşkəndə qayıdıb: “Kinematoqrafiyada ilk addımlarımı Özbəkistanda atmışam. Ən çətin günlərimdə özbək dostlarım yanımda olublar, kömək ediblər. Yəni, Özbəkistan mənim üçün ikinci Vətən olub. Özbəklər də bir millət kimi çox əzablı yollar keçiblər və bolşeviklər üsyanı vaxtı daşnaklar tərəfindən soyqırımına məruz qalıblar. Bu haqda mənim dostumtarixçi-publisist Şuxrat Barlas geniş araşdırmalar aparıb və kitab yazıb”.

 

Sonsuzluğa uzanmış gecə” filminin Daşkənddə təqdimatını keçirmək təklifini isə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev verib.

 

Filmin Xocalı faciəsi rakursunda ümumilikdə soyqırımına qarşı bir fəryad olduğunu deyən N.Maçanov vurğulayıb ki, ssenarini konkret aktyorları nəzərə alaraq yazıb və onları da dəvət edib: “Aktyorlarımızı dünyada tanıtdırmaq lazımdır. Bu isə artıq prodüserlərin işidir. Xarici ölkələrlə birgə filmlər də çəkilməlidir ki, bizi tanısınlar, biz tanıyaq. Bu praktikanı artıq Azərbaycanda Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Bakı, mən səni sevirəm” filmində tətbiq etdiköz bəhrəsini verdi”.

 

Qeyd edək ki, film “Art house” (kommersiya üçün nəzərdə tutulmayan film) janrında çəkilib.

 

 

Mədəniyyət.- 2020.- 6 mart.- S.3.