“Hacı İsgəndər” romanı çap olunub

 

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü Kənan Hacının “Hacı İsgəndər” adlı yeni romanı işıq üzü görüb.

 

Roman 1918-1920-ci illərdə Bakıda və ətraf kəndlərdə baş vermiş hadisələrdən bəhs edir. Əsərdə Qafqaz İslam Ordusunun Bakıya gəlişi və şəhəri xilas etməsi, özünümüdafiə dəstələri yaradaraq orduya kömək etmiş Hacı İsgəndərin yenilməz xarakteri təsvir edilib.

 

Romanda Ömər Faiq Nemanzadə, Hacı Zeynalabdin Tağıyev, Ənvər paşa, Nuru paşa, Ruhulla Axundov, şairlərdən Əliağa Vahidin, Haşım bəy Saqibin və digər tarixi şəxsiyyətlərin obrazları yaradılıb.

 

Kitab Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsi tərəfindən çap olunub. Nəşrin redaktoru İlhamə Hacıyevadır.

 

Mədəniyyət.- 2020.- 6 mart.- S.7.