“Ye, gəz, tamaşa et”
Rusiyanın “RİA Novosti” informasiya agentliyi Bakı haqqında fotolent təqdim edib. “Ye, gəz, tamaşa et. Azərbaycan paytaxtı üzrə bələdçi” sərlövhəsi altında Bakı şəhərinin müxtəlif guşələrindən 13 fotoşəkil nümayiş etdirilir.
Fotolentin təqdimatında deyilir: “Bakını bəzən “Şərqi Paris” də adlandırırlar. Minillik tarixə malik bu şəhər sovet kinofilmlərində həm İstanbul, həm Buenos-Ayres rolunu yerinə yetirib. Azərbaycan paytaxtında nəyə tamaşa etmək, nə yemək və nə almaq? Bunların hamısı “Ria Novosti” fotolentində”.
Agentlik turistlərə Bakıya səfər etməyi, şəhərin “Alov qüllələri”, Şirvanşahlar sarayı, İçərişəhər, Qız qalası, Heydər Əliyev Mərkəzi, “Baku Crystal Hall”, Dənizkənarı bulvar və s. kimi görməli yerləri ilə tanış olmağı təklif edir.
Materialda AZƏRTAC-ın fotomüxbiri Vüqar
Əmrullayevin fotoişlərindən də istifadə edilib.
Mədəniyyət.- 2020.- 6 mart.-
S.8.