Peşəkar milli teatrımızın 147 yaşı tamam oldu

 

 

Azərbaycanda peşəkar milli teatrın yaranmasının 147 ili tamam oldu. 1873-cü ilin 10 mart tarixində Bakıda böyük maarifçi Həsən bəy Zərdabi görkəmli yazıçı-dramaturq Nəcəf bəy Vəzirovun təşəbbüsü, aktyor Əsgər ağa Adıgözəlov (Gorani) Realnı məktəbin şagirdlərinin iştirakı ilə Mirzə Fətəli AxundzadəninLənkəran xanının vəzirikomediyası səhnələşdirilib.

 

Bununla təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində peşəkar teatrın təməli qoyulub. Teatrın böyük ictimai əhəmiyyətini dərk edən Azərbaycanın ədib ziyalıları Naxçıvan, Şəki, Şamaxı, Lənkəran, Quba Şuşa şəhərlərində, eləcə Tiflisdə İrəvanda teatr tamaşaları təşkil edib bununla da onu kütləvi sənət növünə çevirməyə nail olublar.

 

Milli Teatr Gününün qeyd olunması həm teatra, həm onu yaradan yaşadanlara sevgi ehtiram deməkdir.Milli Teatr Günü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 mart 2013-cü il tarixli sərəncamı dövlətin bu zəngin tarixə, ümumilikdə teatr sənətinə diqqətinin bariz nümunəsidir.

 

Azərbaycan teatrları hər il öz repertuarlarını millixarici dramaturgiyanın maraqlı nümunələri ilə zənginləşdirir, yeni sənət meyarları nümayiş etdirərək tamaşaçıların zövqünü oxşayırlar.

 

Mədəniyyət.- 2020.- 11 mart.- S.3.