Milli Dram Teatrında “Filumena Marturano”nun məşqləri
Akademik Milli
Dram Teatrında “Filumena
Marturano” adlı yeni tamaşanın məşqləri davam edir. Tamaşa italyan dramaturqu
Eduardo de Filipponun eyniadlı
əsəri əsasında
hazırlanır.
Səhnə əsərinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rejissoru Mehman Fətullayevdir. Səhnə
əsərinin quruluşçu
rəssamı Əməkdar
mədəniyyət işçisi
İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov,
musiqi tərtibatçısı
Kamil İsmayılov, rəqslərin quruluşçusu
Lalə Hacıyeva, rejissor assistentləri Dilbər İsmayılova və Könül Kərimovadır.
Əsəri Azərbaycan dilinə yazıçı Ülviyyə
Heydərova tərcümə
edib.
Tamaşada baş rollarda xalq artistləri Bəsti Cəfərova (Filumena Marturano) və Ramiz Novruz
(Domeniko Soriano) oynayır. Tamaşada
həmçinin Xalq artisti Cəfər Namiq Kamal, Əməkdar
artist Sevinc Əliyeva,
aktyorlar Cümşüd
Zeynalov, Ləman İmanova, Fəridə Şahbazova, Elnur Qədirov, Corc Qafarov, Vüsal Mustafayev və başqaları rol alıb.
Eduardo de Filipponun 1946-cı ildə
qələmə aldığı
əsər elə həmin il
Neapoldakı Politeama teatrında tamaşaya qoyulub. Əsər Filumena Marturano adlı qadının Domeniko Soriano adlı varlı kişi
ilə mübarizəsindən
bəhs edir. Əsərdəki əsas motiv
insanlar arasında sosial ziddiyyətlər, qadın hüquqları və cəmiyyətdəki
təbəqələşmənin törətdiyi fəsadlardır.
Mədəniyyət.- 2020.- 11 mart.-
S.3.