Avstriya radiosu mədəniyyətimizi təbliğ edəcək

 

Dövlət Turizm Agentliyinin dəvəti ilə Avstriyanın “Radio Ö1” dövlət radiosunun əməkdaşları Erix Klayn (Erich Klein) və Roman Çidl (Tschiedl) ölkəmizə səfərə gəliblər.  Paytaxtımızın gəzməli-görməli ünvanlarına baş çəkən qonaqlar Beynəlxalq Muğam Mərkəzindən (BMM) də reportaj hazırlayıblar.

 

BMM-in direktoru, Xalq artisti Murad Hüseynov onlara müsahibəsində sənət ocağının fəaliyyəti barədə məlumat verdi. Bildirdi ki, Azərbaycan xalqının zəngin mədəni irsinin mühüm bir qolunu muğam sənəti təşkil edir. Azərbaycanın muğam sənəti bəşəriyyətin şifahiqeyri-maddi irsinin şah əsərlərindən biri kimi UNESCO-nun siyahısına salınıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə inşa edilən Beynəlxalq Muğam Mərkəzinin açılışı 2008-ci il dekabrın 27-də olub. Ötən müddətdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə bölgələrimizdə, Qarabağ torpağında – FüzuliAğdam rayonları ərazilərində də istedadlı gənc ifaçılar yetişdirmək və muğam sənətinə yeni töhfələr üçün muğam mərkəzləri istifadəyə verilib. Müsahibədə Qarabağ muğam məktəbi, musiqi sənətimizin beşiyi olan Şuşa haqqında söz açıldı.

 

Murad Hüseynov Azərbaycanın muğam sənəti ilə yanaşı tarkamança alətlərinin hazırlanması və ifaçılığı sənətlərinin də UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısında yer aldığını diqqətə çatdırdı.

 

Qonaqlar daha sonra BMM-in muzey hissəsində qədim musiqi alətləri ekspozisiyası ilə tanış oldular. Mərkəzin foyesində büstləri ucaldılan görkəmli muğam ustadları haqqında məlumat verildi, səs yazılarından ibarət audiomateriallar təqdim edildi.

 

Avstriyalı jurnalistlər həmçinin Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində nümayiş olunan Üzeyir Hacıbəylinin, BülbülünXurşudbanu Natəvanın erməni vandalları tərəfindən güllələnən büstləri ilə tanış oldular.

 

Radionun əməkdaşı Erix Klayn təəssüratlarını bizimlə bölüşərək bildirdi ki, artıq ikinci dəfədir ölkəmizə gəlir: “1993-cü ildə Bakıda olduğum zaman sovetlərin tipik bir əyalət şəhəri ilə rastlaşmışdım. Bu dəfə isə Bakını və bölgələrinizi heyranlıqla seyr etdim. “Radio Ö1” Avstriyanın birinci dövlət radiostansiyasıdır. Mədəni rəngarəngliyi öz efirimizdə təbliğ etməklə müxtəlif ölkələr, şəhərlər və mədəniyyətlərlə xalqımızı tanış edirik. Bu proqramımız 10 ildir yayımlanır. Hər ölkəyə efirimizdə bir həftə yer ayrılır. Həftə ərzində səyahət etdiyimiz ölkənin mədəniyyəti, tarixi, iqtisadiyyatı, turizmi ilə bağlı məlumatlar veririk. Bir sözlə, siyasətdən başqa çalışırıq bütün sahələri əhatə edək. Azərbaycan Dövlət Turizm Agentliyinə, bizə dəstək olan, çəkilişlərimizə şərait yaradan bütün qurumlara təşəkkür edirəm”.

 

Avstriyalı radiojurnalist Heydər Əliyev Mərkəzi, Bakı Kitab Mərkəzi, Milli Xalça Muzeyi, Milli İncəsənət Muzeyindən böyük təəssürat aldıqlarını dedi: “Rixard Zorgenin heykəli olan ərazidə də çəkiliş etdik. Nizaminin heykəlinin qarşısında paytaxt sakinlərindən “Sənsiz” qəzəlini səsləndirmələrini istədik. Bütün qarşılaşdığımız məqamlar sonsuz xoş təəssürat yaratdı. Bütün bunlar dinləyicilərimiz üçün də maraqlı olacaq. “Azərxalça”nın Sumqayıt və Qobudakı filiallarında xalçaçı qadınlarla görüşdük. Xalçanın toxunması özü bir hekayə, bir nağıldır. Birbiz radio üçün veriliş hazırladığımızdan burada hər bir səs əsasdır. Xalçanın toxu prosesində sapların və alətlərin harmoniyası bir gözəllik idi. Hər görüşümüz zamanı maraqlı faktlarla rastlaşırıq. Məsələn, güllələnmiş heykəllərlə yanaşı burada nümayiş olunan alman mədəniyyəti ilə də tanış olduq”.

 

Radio Ö1”in digər əməkdaşı Roman Çidlradioreportaj üçün baş çəkdikləri məkanlardan söz açdı: “Azərbaycan muğamlarını canlı olaraq lentə almağımız bizim üçün bir tapıntıdır. Digər gözəl bir səs Bakı küləyinin səsi oldu. Balaxanıda neft buruqları olan sahələrdə də reportajlar etdik. BMM-də bizim üçün xüsusi hazırlanan proqrama görə də təşəkkür edirik. Bu proqram bizdə tam olaraq muğam sənəti haqqında fikir formalaşdırdı”.

 

Söhbətimizin sonunda qonaqlar bir daha Azərbaycan mədəniyyəti və şəhərimizlə tanışlıqdan məmnunluqlarını ifadə etdilər. BMM tərəfindən onlar üçün hazırlanmış xüsusi konsert proqramını lentə alaraq veriliş çərçivəsində və sonrakı proqramlarda istifadə edəcəklərini diqqətə çatdırdılar.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2020.- 11 mart.- S.1;3.