Baharın mehiYel çərşənbəsi

 

 

Novruzun – baharın müjdəçiləri olan dörd çərşənbədən üçüncüsüYel çərşənbəsi ötən axşam (10 mart) yurdumuza qədəm qoydu. OdSu çərşənbələrindən sonra gələn Yel çərşənbəsi xalq arasında “külək oyadan çərşənbə”, “küləkli çərşənbə” kimi də tanınır. Odsu ilə birlikdə yel də mənəvi-ruhi başlanğıc hesab edilir.

 

Əski inanclara görə, bu çərşənbədə yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.

 

Şifahi xalq yaradıcılığında Yel tanrısı ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, məsəl və s. yaranıb. Novruz şənliklərində icra olunanYel baba” mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.

 

Yel xalqımızın mifik təfəkküründə yol göstərən, bələdçi rolunu da yerinə yetirir. Yel baba qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir. Yel babanın üfürməsi ilə yumaq açılır və azmışları mənzil başına çatdırır. Bu mifik təsəvvür sonralar Fatma nənənin yumağı şəklində nağıllara keçib. Ulularımız deyirlər ki, “Yel əsdirəni söyməzlər”. Çünki onun arxasında Tanrı durur.

 

Yel çərşənbəsi də ölkəmizin bir çox bölgələrində qədim adət-ənənələrə uyğun qeyd olunub. Xaçmaz rayonun Niyazabad kəndində keçirilən bayram tədbirində elimizin qədim adət-ənənələri və mərasimləri nümayiş etdirilibsac üstündə yuxa bişirilib, buğda təmizlənib qovurulub. Bəzədilmiş faytonla kəndi gəzən milli geyimli gənclər Yel çərşənbəsinin müjdəsini yayıblar. Kosa və Keçəl bayram tədbirinin iştirakçıları ilə yumurta döyüşdürərək zarafatlaşıb.

 

Yel çərşənbəsindən başlayaraq axır çərşənbə üçün hazırlıq görülür. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat tədarükü görürlər. Çünki Novruza yalnız bir çərşənbə qalıb. Martın 17-də axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq.

 

Mədəniyyət.- 2020.- 11 mart.- S.1.