Canəli Əkbərov 1-ci dərəcəli
“Əmək” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev martın 9-da Xalq artisti, ustad xanəndə Canəli Xanəli oğlu Əkbərovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sənətkar Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki,
martın 10-da Xalq artisti
Canəli Əkbərovun 80 yaşı tamam
olub.
Mədəniyyət.- 2020.- 11 mart.-
S.2.