Berlində Azərbaycan
mahnılarından ibarət
konsert
Almaniyanın paytaxtı Berlində 8
Mart – Beynəlxalq Qadınlar
Gününə həsr
olunmuş konsert təşkil edilib. Diasporla
İş üzrə
Dövlət Komitəsinin
(DİDK) dəstəyi ilə
keçirilən tədbiri
giriş sözü ilə açan Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri
Emil Həsənov ölkəmizin
tarixi, mədəniyyəti,
incəsənəti, idmanı
və turizm potensialı barədə məlumat verib.
Konsertdə Almaniyada yaşayan, bu ölkənin “The Voice”
(“Səs”) müsabiqəsində
ifası ilə yerli tamaşaçıları
heyran qoyan həmyerlimiz Seyran İsmayılxanov Azərbaycan
mahnılarını ifa
edib. Mahnıların sözləri Mirijam
Vanneste-Vratz tərəfindən
alman dilinə tərcümə edilib.
Bu, tamaşaçıların
böyük marağına
səbəb olub.
Musiqili gecədə,
həmçinin Köln şəhərində
fəaliyyət göstərən
Qafqaz Rəqsləri Qrupu və fortepiano ifaçısı Esmira Arzhang çıxış
edib.
Almaniyada fəaliyyət
göstərən “Spirit of
Caucasus” şirkətinin rəhbəri Anja Bell konsertə göstərilən
təşkilati dəstəyə görə minnətdarlığını
bildirib.
Mədəniyyət.- 2020.- 11 mart.-
S.2.