Qadınlar mədəniyyət və incəsənətin
inkişafına böyük töhfələr
verirlər
Azərbaycan qadınlarının zərifliyi, ailəcanlı olması, mətinliyi və məğrurluğu əsrlərdən bəri tarixi mənbələrdə, xalq yaradıcılığında, ədəbi əsərlərdə dönə-dönə ifadə olunub. Qadınlarımızın xüsusilə ailə dəyərlərinə verdikləri əhəmiyyət yüksək təqdirə layiqdir. Bu dəyərlər nəsillər arasında zəngin mənəvi bağlılığın qorunub yaşadılmasında mühüm rol oynayır.
Bu fikirlər Mədəniyyət naziri Əbülfəs Qarayevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ölkəmizin mədəniyyət sahəsində çalışan xanımlara təbrikində yer alıb.
Təbrikdə qeyd olunur ki, Azərbaycan
qadınları bu gün
ölkə həyatının bütün
sahələrinə, o cümlədən
mədəniyyət və incəsənətin
inkişafına böyük töhfələr
verirlər. Onlar yüksək dövlət
vəzifələrində ölkəmizə ləyaqətlə
xidmət edirlər. “Mədəniyyət sahəsində
çalışan işçilərin də böyük
hissəsini qadınlar təşkil edir.
İstedadlı musiqiçi
xanımlarımız ölkəmizdə və xaricdə
keçirilən festival və müsabiqələrdə
iştirak edərək laureat
adını qazanır, Azərbaycanı layiqincə təmsil
edirlər. Xanım sənətçilərimiz
dünyanın məşhur səhnələrində opera tamaşalarında əsas partiyalarda
parlaq ifaları ilə yüksək sənət
nümayiş etdirirlər. Sevindirici haldır ki,
dövlətimiz tərəfindən qadınların fədakar
əməyi həmişə yüksək qiymətləndirilir.
Çalışdıqları sahələrdə uğur qazanan xanımlar fəxri
adlara, orden və medallara layiq
görülürlər. Bu da öz növbəsində
onları yeni nailiyyətlər qazanmağa ruhlandırır”, – deyə təbrikdə
vurğulanır.
Mədəniyyət.- 2020.- 11 mart.-
S.4.