Ordubadinin Azərbaycan tarixi
haqqında məqalələri nəşr edilib
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbiyyatımızda tarixi roman janrının banisi Məmməd Səid Ordubadinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı şəxsi arxivində saxlanılan Azərbaycan tarixinə dair məqalələri kitab şəklində nəşr olunub.
Əlyazmalar İnstitutundan bildirilib ki, kitabda Ordubadinin avtoqraf nüsxələri əsasında Azərbaycan və İran tarixi, məşhur şəxsiyyətlər və dövlət adamları haqqında yazdığı məqalələr toplanıb. Burada ədibin qədim Midiya dövləti, Təbriz şəhəri, İran inqilabı, habelə Qara Məlik, Qaradağlı Camal, Səttar xan, Molla Pənah Vaqif, Şəmsəddin Təbrizi kimi tarixi şəxsiyyətlər haqqında dəyərli araşdırmaları yer alıb.
Məqalələri ərəb əlifbasından
transfoneliterasiya edib nəşrə
hazırlayan, tərtib edən və ön
sözün müəllifi institutun şöbə müdiri,
filologiya üzrə elmlər doktoru Nailə Səmədovadır. Nəşrin
elmi redaktoru tarix üzrə elmlər doktoru,
professor Şahin Fazil, rəyçiləri filologiya
üzrə elmlər doktoru, professor Kamandar Şərifli
və tarix üzrə elmlər doktoru Məryəm Seyidbəylidir.
Mədəniyyət.- 2020.- 11 mart.-
S.7.