“Gərək sevəsən, seviləsən
və sevindirəsən”
Masallı rayon Ağsaqqallar Şurasının sədri, yazıçı-publisist Ələşrəf Niftəliyevin yeni işıq üzü görən kitabı belə adlanır. Ömrünün 75 ilini yola salan el ağsaqqalının mənalı həyatı rayon gənclərinə əsl örnək məktəbidir.
Əzəldən sözün dəyərini bilən, ona incəliklə vurulan Ələşrəf müəllim yenə böyük həvəslə yazıb-yaradır. Yazıçı sayca 11-ci kitabını oxucuların ixtiyarına verib.
Bu kitabda müəllif Masallının tanınmış yaradıcı şəxsiyyətlərinin ömür yollarına güzgü tutmaqla bərabər, həm də müxtəlif ictimai hadisələrdən maraqlı bir şəkildə oxucularına söhbət açır. Kitabın oxunaqlı olması bir də onunla bağlıdır ki, burdakı nəsr əsərləri, eləcə də xatirə, esselər həyatdan götürülən olaylar əsasında qələmə alınıb.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü
Mədəniyyət.- 2020.- 13 mart.-
S.7.