Niderlandda Azərbaycan musiqisindən ibarət konsert təşkil olunub
Xarici ölkələrdəki
diaspor təşkilatlarımız
Azərbaycan həqiqətlərinin
dünyada yayılması
və mədəniyyətimizin
təbliğinə xüsusi
diqqət ayırırlar. Niderland Krallığında
fəaliyyət göstərən
“Odlar yurdu” Azərbaycan-Niderland cəmiyyəti
də bu istiqamətdə müxtəlif
tədbirlər təşkil
edir.
Baharın gəlişi münasibətilə
cəmiyyətin təşkil
etdiyi növbəti konsert Drenthe vilayətinin Assen şəhərində reallaşıb.
Konsert “Odlar yurdu” cəmiyyətinin sədri Firəngiz Bağırova və Klankrjk Drenthe musiqi məktəbinin birgə təşkilatçılığı
ilə keçirilib. Proqramda Azərbaycan
bəstəkarlarının əsərləri Klankrjk Drenthe musiqi məktəbinin şagirdləri
tərəfindən ifa
edilib.
Sonda Azərbaycan musiqisinə
göstərdikləri maraq və təqdimata
görə musiqi məktəbinin müəllim
və şagirdlərinə sertifikatlar verilib.
Mədəniyyət.- 2020.- 13 mart.-
S.8.