Milli Kitabxana oxuculara onlayn xidmət göstərəcək

 

 

Koronavirus təhlükəsi ilə əlaqədar respublikada həyata keçirilən tədbirlər çərçivəsində 2020-ci il martın 11-dən Milli Kitabxanada oxuculara xidmət müvəqqəti dayandırılıb.

 

Bu barədə Milli Kitabxananın saytında yer alan elanda diqqətə çatdırılır ki, oxucuların kitabxanaya girişi dayandırılsa da, kitabxananın onlayn xidmətləri (biblioqrafik sorğu, sənədlərin sifarişi elektron çatdırılması), elektron kataloq elektron kitabxana, habelə kitabxananın veb saytı oxucuların xidmətindədir.

 

Dəyərli oxucularımız, Milli Kitabxananın əməkdaşları var qüvvəsi ilə çalışırlar. Xahiş edirik, sizə lazım olan resursları əldə etmək üçün Milli Kitabxananın onlayn xidmətlərinə yazın” – deyə elanda bildirilir.

 

Həmçinin qeyd olunur ki, respublikada fəaliyyət göstərən digər kitabxanalar da oxucuların sorğuları ilə bağlı Milli Kitabxanaya müraciət edə bilərlər.

 

Mədəniyyət.- 2020.- 13 mart.- S.2.