Əməkdar artist Adil Zeynalov vəfat edib

 

 

Azərbaycan mədəniyyətinə itki üz vermişdir. Lənkəran Dövlət Dram Teatrının rejissoru, Əməkdar artist Adil Ağakərim oğlu Zeynalov 2020-ci il mart ayının 12-də ömrünün 60-cı ilində vəfat etmişdir.

 

Adil Zeynalov 1960-cı il fevralın 20-də Lənkəran şəhərində anadan olmuşdur. 1977-ci ildə Lənkəran Dövlət Dram Teatrında  səhnə  quraşdırıcısı vəzifəsində əmək fəaliyyətinə başlamış, 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsini bitirdikdən sonra teatrda aktyor, 2002-ci ildən isə quruluşçu rejissor vəzifəsində çalışmışdır.

 

A.Zeynalov Lənkəran teatrının səhnəsində bir sıra yaddaqalan rollar yaratmışdır. Müəllim (“Olanlardan-keçənlərdən” – Ü.Hacıbəyli), Mahmud (“Piyada Mahmud” – M.Kərim), Zahid (“Büllur sarayda” – İ.Əfəndiyev), Lal (“Ölülər” –C.Məmmədquluzadə), Korifey (“Şah Edip” – Sofokl), Neron (“Şeytanın oyunları” – M.Xubai), Con (“Şeytan işığı” – K.Nəzirli), Molla Həsənağa (“Ay lolo ya moskvalı gəlin” – H.Mirzə) kimi obrazlar aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindən sayılır. O, rejissor kimi Q.CəmşidininHacı Kərimin aya səyahəti”, İ.MəlikzadəninGəl, qohum olaq”, Ə.NesininÜç yeriyən bədbəxtlik”,  F.Mustafanın   İlğım”, B.NuşiçinNazirin xanımı”, L.KorsinskininKələkbaz”, Y.ƏzimzadəninNəsrəddin”, H.Cavidin “Ana”, S.S.AxundovunQaraca qız”, ElçininMənim sevimli dəlim”,V.SəmədoğlununMamoy kişinin yuxuları”, Ə.HaqverdiyevinXortdanın cəhənnəm məktubları s. tamaşalara quruluş vermişdir. HəmçininQətl günü,  40-cı qapı s. filmlərdə müxtəlif xarakterli rollar ifa etmişdir.

 

Onun yaradıcı əməyi dövlət tərəfindən qiymətləndirilmiş, 2012-ci ildə milli teatr sənətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.

 

Adil Zeynalovun əziz xatirəsi, yaratdığı rəngarəng obrazlar quruluş verdiyi tamaşalar sənət nümunələri kimi yaddaşlarda yaşayacaqdır.

 

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2020.- 13 mart.- S.4.