“Dədəm Qorquddan bir nişanə”

 

Akademik Musiqili Teatrda balet-tamaşanın məşqlərinə başlanılıb

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında librettosuquruluşu gənc rejissor Samir Qulamova məxsus olan “Dədəm Qorquddan bir nişanə” balet-tamaşasının məşqlərinə başlanılıb.

 

İdeya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan balet-tamaşanın quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi rəhbəri Atabəy İsmayılov, səs rejissoru Məhəmməd Məhəmmədov, rejissor assistenti Sevinc Məmmədovadır. Balet-tamaşada teatrın solistləri – Əmrah Dadaşov (Dədə Qorqud), Mehriban Zalıyeva (Burla xatun), İbrahim Əlizadə (Şöklü Məlik), balet artistləri – Murad Ağayev (Qazan Xan), Mələkxanım Səfərova (Selcan xatun), Məhəmməd Abdullayev (Beyrək), Nurlan Yusifzadə (Buğac), xor artistləri – Murad Əliyev (Aruz ), Əli Kərimov (Mürüd) və başqaları iştirak edəcəklər.

 

Mədəniyyət.- 2020.- 13 mart.- S.5.