Bakı Xoreoqrafiya
Akademiyasında onlayn dərslər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 mart 2020-ci il tarixli sərəncamına əsasən, “COVİD-19” infeksiyası təhlükəsi ilə bağlı ölkədəki bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılmasından sonra Bakı Xoreoqrafiya Akademiyasında elektron dərslərin təşkili üçün zəruri tədbirlər görülüb.
Akademiyanın bütün təhsil pillələrində nəzəri fənlərin mühazirələri və istinad mənbələri üzrə elektron keçidlər təhsilalanların elektron ünvanlarına göndərilir, ixtisas fənləri isə, məsələn, klassik və milli rəqs fənləri “Skype” və “Whatsapp” proqramları vasitəsilə onlayn video-dərslər şəklində keçirilir. Dərslərin keyfiyyətini təmin etmək üçün həmçinin müəyyən edilmiş vaxtda onlayn məsləhət saatları və intertaktiv video-görüşlər təşkil olunur.
Mədəniyyət.- 2020.- 19 mart.-
S.3.