Böyük ehtiram sahibi
Ədəbi yaradıcılığı, müxtəlif dövr həyat hekayələrini özündə əks etdirən teatr, kino sənəti mənalar aləmi, mənəviyyat fəlsəfəsidir. Yaradıcılığının təfsirində əsl sənəti bizlərə təlqin edənlərsə böyük istedad sahibləridir. Dövrümüzün tanınmış filosofu Əbu Turxan (professor Səlahəddin Xəlilov) yazır ki, əsl sənətkarlıq üzdə sadə görünənin alt qatdakı dərin mənasını üzə çıxarmaq məharətidir. Bu mənada sənətində həyata ülviyyət, gözəlliklər bəxş edən insanlar yaddaşlarda əbədiləşəcək qədər xoşbəxtdirlər deyə bilərik.
Azərbaycan teatr və kino sənətində bənzərsiz yaradıcılığı ilə yadda qalan, milli kinomuzun simasına çevrilən Xalq artisti, görkəmli aktyor Yusif Vəliyev (1917-1980) də sənət zirvəsini və qəlbləri fəth edən sənətkarlarımızdandır. Anadan olmasının 103-cü, vəfatının 40-cı ildönümündə (18 mart) onun həyat və sənət yoluna bir daha nəzər salmağı özümüzə borc bilirik.
Bir çox peşəkar kino aktyorlarının yaradıcılıq yolunun teatrdan başlaması təsadüfi deyil. Görkəmli sənətkar Yusif Vəliyevin də ekranda canlandırdığı xarakterik rolların uğurlu nəticəsi çoxillik sənət təcrübəsinə əsaslanır. Zamanın gedişatını, cəmiyyətin əxlaqi keyfiyyətlərini fərdi yaradıcılığında, müxtəlif sənət taktikası ilə cilalayan aktyor ifa etdiyi hər bir rol üçün olduqca maraqlı, yaddaqalan ştrixlər axtarıb tapıb, maraqlı priyomlardan istifadə edib, bu kimi jestlərlə də ekran obrazlarının bənzərsizliyinə məzmun və məntiqinə dərinlik gətirib.
Yusif Vəliyevin yaradıcılıq filmoqrafiyasına 60-a yaxın film daxildir. Onların içərisində çəkildiyi və səsləndirdiyi rollar var. Aktyorun kino yaradıcılığından danışarkən dublyaj fəaliyyətinə toxunmamaq mümkün deyil. Onun aydın tələffüzü, məxməri, amiranə səs tembri, qüsursuz diksiyası 30-dan artıq filmimizdə personajları uğurla səsləndirməsinə imkan yaradıb, ekran əsərlərində rol alan aktyorların ifasını dolğun çatdırmağa, dublyaj sənətinin estetik keyfiyyətlərini üzə çıxarmağa əsas verib.
Yusif Vəliyevin sənətinə, həmçinin ana dilimizə olan sevgisi, hörməti və böyük məsuliyyəti dublyaj sənətində Azərbaycan dilinin mükəmməl təqdimatına, o cümlədən başqa millətlərdən olan aktyorların ifasının daha məntiqli çatdırılmasını təmin edib. Buna görə də kino və dublyaj rejissorları Yusif Vəliyevi xüsusi olaraq filmlərdəki obrazları səsləndirməyə dəvət edir, böyük sənətkarın səsindən daha çox bəhrələnirdilər.
Görkəmli kinorejissor Ağarza Quliyevin çəkdiyi “Qara Daşlar” filmində ilk dəfə rus neftçisi rolunu səsləndirən aktyor bundan sonra “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Bizim küçə” filmində Lars, “Sehrli xalat”da İo-Kio, “Uzaq sahillərdə” filmində Tinti, “Yenilməz batalyon”da Kolpakov, “Dədə Qorqud”da Bayandır xan, “Skripkanın sərgüzəşti”ndə Besfamilnı və başqa yadelli aktyorların canlandırdığı obrazlara səsi ilə bir daha baxımlılıq qazandırdı, ekran əsərlərindəki ideyanı, amalı mənalı səs üslubunda yaradıcılıq prosesinə çevirdi. Göründüyü kimi, aktyorun səsləndirdiyi personajlar kinoda ifa etdiyi rollar kimi dramatikdir.
Xarakterik rollar kinonun aparıcı qüvvəsidir. İctimai və
şəxsi keyfiyyətlərin
sintezi əsasən dramatik obrazların məzmununu yaradır və təhlil edir. Yusif Vəliyevin səsinin sehrində, fərdi keyfiyyətlərin cəmində müxtəlif
sosial mühitin ab-havasını hiss edirik.
“Azərbaycanfilm” kinostudiyasında
istehsal olunan bir çox filmlərdə: “Dağlarda
döyüş” kino dramında Sərxan (Rza Əfqanlı), “Axırıncı aşırım”da
Kərbəlayı İsmayıl
(Adil İsgəndərov), “Dərviş Parisi partladır”da Dərviş (Mirzə Babayev), “Həyat bizi sınayır”da Sadıq (Sadıq Həsənzadə), “Vacib
müsahibə”də Cəbrayıl
(Rza Təhmasib), “Yeddi oğul istərəm”də Kərəm
(Məmmədrza Şeyxzamanov)
və onlarla xarakterik obrazlar mənalı, əzəmətli,
ahəngdar səsin təqdimatında fikir və istəklərini əsaslı şəkildə
diktə etdi, yadda qaldı, xatırlandı.
Milli kinomuzda
10-dan artıq filmdə
bənzərsiz obrazlar
yaradan aktyor rejissorların sevimli sənətkarı, həmçinin
peşəkar dublyaj ustası idi. Rejissorların dəqiq seçiminə əsasən ifası və səsi ilə məşhurlaşan
aktyor tədricən milli kinomuzun simasına çevrildi.
Əməkdar mədəniyyət işçisi,
dublyaj rejissoru Arif Həbibi sənətkarla olan işbirliyindən söhbət
açarkən deyir:
“Yusif Vəliyev mənim ən çox sevdiyim, hörmət etdiyim aktyor olub. Onunla
dublyajda assistent olduğum vaxtdan (1967) tanış idim. Həmişə ona səsləndirmək
üçün rol verəndə deyirdi ki, Arif, məni
tələsdirmə. Mikrofonun qarşısında
rolu əvvəlcə
yaxşı oxuyurdu, mənimsəyirdi sonra səsləndirirdi.
“Kral Lir” filmini dublyaj edəndə Yusif Vəliyevə səsləndirməyə
Kent rolunu verdim. Baş rolu
ona vermədiyim üçün yaman incidi məndən. Narazı halda üzümə baxdı, amma heç bir söz demədi. Rolu qəbul edib peşəkarlıqla da səsləndirdi. Ümumiyyətlə, bu filmdə Kral Liri səsləndirmək
ürəyindən keçən
aktyorlardan Həsən
Əbluc, Sadıq Hüseynov və Yusif Vəliyev məndən bərk incimişdilər. Vəliyevin bir
xasiyyətinə də
təəccüb edirdim.
Heç
vaxt məndən alacağı qonorarın məbləğini soruşmazdı.
Bir dəfə
xarici filmlərdən
birində səsləndirmək
üçün ona baş rolu verdim. Adətən səsləndirməni aktyorların
tamaşalardan boş olan vaxtına görə aparırdıq.
Əvvəlcə müxtəlif hissələri
ayrı-ayrı yazıb
sonra montaj edirdik. Belə oldu ki, filmin səsləndirilməsi
zamanı Yusif Vəliyev ürəyindəki
problemlə bağlı
xəstəxanada yatmalı
oldu. Bütün hissələr yazıldı,
təkcə ona aid olan yerlərdən başqa. Vaxt keçir, mənsə
filmi təhvil verə bilmirdim. Belə qərara gəldim ki, xəstəxanaya gedib vəziyyəti Yusif Vəliyevə danışım. Belə də
etdim. Ona həkimdən icazə
alıb studiyaya aparmaq istəyimi bildirəndə o özü
də “Arif, bilirəm ki, səni pis vəziyyətə
qoymuşam. Əgər
həkim icazə versə, gedək yazaq” dedi. Müalicə həkimi gəldi, vəziyyəti ona danışdım. Başa saldım
ki, əgər film vaxtında təhvil verilməsə, maaşımızdan
tutula, töhmət
ala bilərik. Həkim cavabında
bildirdi ki, əgər məsuliyyəti
öz üzərimə
götürürəmsə, yazıb imza atmalıyam. Yalvar-yaxardan sonra
Yusif Vəliyevi maşınıma qoyub studiyaya apardım. Səsyazmanı bitirib xəstəxanaya
gələndə Yusif
müəllim xahiş
etdi ki, əvvəlcə onu evlərinə aparım beşdəqiqəlik evə
dəyib qayıdacaq.
Mən də razılaşdım.
Onu yaşadığı binanın
qarşısında gözləməyə
başladım. Xeyli keçdi
o, isə hələ də gəlib çıxmaq bilmirdi.
Bir müddət sonra gələndə mən narahat halda, Yusif müəllim, belə olmaz axı, dediniz evə dəyib qayıdacam, neçə dəqiqədir ki, gözləyirəm. Həkimlərə
nə cavab verəcəm deyə onu məzəmmət edəndə o, mənə
“heç evə gedə bildim ki?...” deyə
cavab verdi. Mən “Necə yəni” deyə soruşdum. O
isə “Bayaqdan liftin içində qalmışam. Səs-küy saldım gəlib
məni çıxartdılar”
deyəndə həyəcandan
canımı tər basdı. Olacaqları
göz önündə
canlandırdım və
düşündüm ki,
ürəyi xəstə
adam, özü
də liftin içində tək... özümə söz verdim ki, bir
də belə risk eləməyim. Yusif müəllimi xəstəxanaya
çatdıranda həkimlər
də onu gecikdirdiyim üçün
məni məzəmmət
etdilər. Amma bu hadisədən sonra onunla mənim dostluğum daha da möhkəmləndi.
Biz bir daha
başa düşdük
ki, əslində, hər birimiz özümüzdən asılı
olmayaraq sənət üçün hər bir şeyi gözə
almışdıq”.
Bəli, fransız yazıçısı
Romen Rollanın təbirincə desək, “həyatın bütün
sevinci yaradıcılıqdadır”. Yusif Vəliyev
də sənət nailiyyətlərini həyatının
hər bir məqamına, anına yansıdırdı. Yaxşı bilirdi
ki, onun daxili sevinci, qüruru, güvəni həyatından da artıq dəyər verdiyi sənətindədir.
Xalq artisti, tanınmış kinoaktyor Şamil Süleymanlı Yusif Vəliyevi sənətinin sərkərdəsi adlandıraraq xatırlayır: “Yusif Vəliyev mərd xüsusiyyətli idi. O, gələndə hamı özünü yığışdırırdı. Yadımdadı, “Tütək səsi” filmi çəkiləndə biz fasilələrdə və ya çəkilişə hazırlıq müddətində pürrəngi çay dəmləyirdik. Böyük həvəslə də Yusif Vəliyevi, həmçinin Məmmədrza Şeyxzamanovu çay süfrəsinə dəvət edirdik. Söhbət əsnasında da xahiş edirdik ki, bizə sənət istiqaməti versinlər. Onlar da böyük məmnuniyyətlə sənət bilgilərindən bizlərə pay bölürdülər.
Yusif Vəliyevin maraqlı sənət priyomlarından biri də unutduğu sözləri kamera qarşısında məharətlə əvəzləməsində idi. O, çox zaman rolun sözlərini unudurdu. Bu teatrda o qədər də hiss olunmurdu. Çünki məşqlər olurdu, tamaşalar təkrar göstərilirdi, sözləri əzbərləmək olurdu. Kino isə belədir ki, kamera qarşısına keçirsən və kadr alınmalıdır. Mən “Tütək səsi” filminin çəkilişləri zamanı həmişə Yusif müəllimi mətnə əsasən izləyirdim, amma onun çaşdığı məqamı tuta bilmirdim. O qədər ustalıqla mövzunu davam etdirirdi ki, çaşdığını hiss etmirdim.
O vaxtlar indiki kimi kafe-restoranlar çox deyildi. Biz fasilə zamanı
evdən gətirdiyimiz
yeməkləri yeyirdik.
Yusif müəllim də evdən gələn xörəyi qarşısına
qoyanda hamıya təklif edirdi, kimisə qonaq edirdi, sonra süfrəyə
əl uzadırdı.
Yeməyini mütləq bizlərlə
bölüşürdü. Biz ondan çox
çəkinirdik. Yaxınlaşmağa ürək eləmirdik.
Düşünürdük ki, birdən bizə sual verər, biz də bilmərik, pərt olarıq... Çünki həmişə bizi yanına çağıranda müxtəlif
suallar verirdi. Verdiyi sualların cavabını eşitdikdə
isə “Doğrudan?...” deyə maraqla soruşur və növbəti sualını verirdi. Amma biz sonra bilirdik ki, o, sualların cavabını
çox gözəl bilirmiş, sadəcə olaraq bizi söhbətə
tutmaq üçün
soruşurmuş...
Yusif müəllimlə bağlı
bir hadisəni həmişə zövqlə
xatırlayıram: bir
gün onu Mərkəzi Univermaqda gördüm. Deyəsən, hədiyyə almaq
üçün nəsə
axtarırdı. Birdən onun
yaxınlaşdığı bölmədə alıcı
ilə satıcı arasında mübahisə düşdü. Bundan narahat
olan Yusif müəllim ucadan qeyzlə “Boooy” deyə səsləndi.
Bu an Yusif müəllimə tərəf
dönənlər əvvəl
təəccüblə ona
baxdılar, sonra isə hər ikisi üzr istəyərək “Bağışlayın,
Yusif müəllim, sizi görmədik” deyə üzrxahlıq etdilər. Bu jest insanların
ona olan dərin ehtiramının,
hörmətinin və
böyük sevgisinin sübutu idi”.
Şəhla ƏMİRLİ
kinoşünas
Mədəniyyət.- 2020.- 19 mart.-
S.7.