Ədəbi və əbədi ömür

 

Sözə sığal çəkmək, onu mənalandırmaq olduqca çətindir. Ona görə də bu sahədə hər kəs uğur qazana, oxucuların qəlbinə yol tapa bilmir. Belə yaradıcı insanlar ədəbiyyat salnaməsini ölməz əsərlərlə zənginləşdirir, şeirləri ilə könül dünyamızı oxşayan söz çələngi hörürlər. Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərində bu cür söz sənətkarlarımız çox olub, əbədi xatırlanası nümunələr yaradıblar. Onlardan biri də Mikayıl Rzaquluzadədir. O, ömrünün 60 ilini ədəbiyyat xəzinəmizin zənginləşməsinə həsr edib, xüsusilə uşaq ədəbiyyatının inkişafına mühüm töhfələr verib.

 

M.Rzaquluzadə təkcə gözəl şair, nasir, publisist deyil, həm də müxtəlif ölkələrin yazıçılarının əsərlərini dilimizə çevirən bir tərcüməçi kimi şöhrət qazanıb. Anadan olmasının 115 illiyinin tamam olması münasibətilə tanınmış ədibin ömür və sənət yoluna nəzər salırıq.

 

Mikayıl Manaf oğlu Rzaquluzadə 17 mart 1905-ci ildə Bakıda doğulub. İbtidai təhsilini yeni üsullu “Mədrəseyi-nur” və Bakı realnı məktəblərində təhsil alıb. Realnı məktəbdə Azərbaycanın görkəmli maarif xadimlərindən Abdulla Şaiq, Camo bəy Cəbrayılbəyli, Məmməd bəy Əfəndiyev, Qafur Rəşad kimi pedaqoqlardan dərs alıb. Sonra ekstern imtahan verib Ali Pedaqoji İnstitutun Tarix fakültəsinə daxil olub. İnstitutu bitirdikdən sonra Bakı Mərkəzi Kitabxanasında çalışıb, Pedaqoji İnstitutda kitabxana müdiri işləyib. Gəncə Pedaqoji Texnikumunda, həmçinin fəhlə fakültəsində ədəbiyyat pedaqogika-psixologiya müəllimi olaraq fəaliyyət göstərib. Bu dövrdə Gəncə Müəllimlər evində ədəbiyyat dərnəyinin rəhbəri, “Qızıl Gəncəjurnalı redaksiya heyətinin Azərbaycan Yazıçılar İttifaqı Gəncə şöbəsinin büro üzvü, sonralarAzərbaycan dilinin izahlı lüğətiredaksiya heyətinin üzvü olub. O daha sonra Moskvada İkinci Dövlət Universiteti yanında Pedaqoji Psixologiya-Pedologiya Elmi Tədqiqat İnstitutunun aspiranturasında təhsil alıb.

 

Ədəbi yaradıcılığa 1923-cü ildə çap olunanMüəllimşeirilə başlayan M.Rzaquluzadənin 1926-cı ildəMaarif işçisijurnalındaÇocuq ədəbiyyatında üsul məsələsiadlı ilk məqaləsi dərc olunub. 1945-ci ildən başlayaraq ədəbi yaradıcılığı uşaq gənclər istiqamətində daha geniş xarakter alan ədib həmçinin bədii tərcümə sahəsində intensiv fəaliyyət göstərib. Müxtəlif illərdəAzərnəşr”də tərcüməçi, “İnqilab mədəniyyətjurnalında məsul katib, “Azərbaycanjurnalında baş redaktor müavini olub, “Gəncliknəşriyyatında, “Göyərçinjurnalı redaksiyalarında da fəaliyyət göstərib. Eyni zamanda SSRİ Xalq Komissarları Şurası yanında qanun qərarlar nəşriyyatının Azərbaycan şöbəsində tərcüməçi stenoqrafiya kurslarında ədəbiyyat müəllimi işləyib.

 

MüəllifinQaranquş yuvası” (1945), “ dana” (1945), “El gücü” (1948), “Qu gölü” (1955), “Ovçu Elşənlə qoçaq Aytəkinin nağılı” (1956), “Nəsillərdən nəsillərə” (1965), “Ürəkdə izlər” (1969), “Quş dili bilən Orxan” (1972), “Yaz günəşi” (1977), “İlin yazıelin sazı” (1981) s. kitabları uşaq gənclərin sevərək mütaliə etdiyi əsərlərdir.

 

Azərbaycan oxucusu dünya ədəbiyyatının bir sıra tanınmış müəlliflərinin əsərlərini məhz M.Rzaquluzadənin tərcüməsində oxumaq imkanı qazanıb. Bu əsərlər içərisində R.KiplinqinMauqli”, V.MayakovskininSeçilmiş şeirləri poemaları”, V.Biankinin “Biz çoxuq”, V.VasilevskayanınGöyqurşağı”, V.Q.BelinskininSeçilmiş əsərləri”, İ.S.TurgenevinOvçunun xatirələri”, “Atalar oğullar”, “Ərəfə”, A.DümanınÜç müşketyor”, M.QorkininUşaqlıq”, C.SviftinQulliverin səyahəti”, L.N.TolstoyunDirilmə”, C.LondonunHekayələr”i, C.RodarininÇipollino s. başqalarını qeyd etmək olar. O həmçinin Nizami Gəncəvininİskəndərnaməpoemasınınİqbalnaməhissəsini dilimizə çevirib. Tərcümə kitablarının sayı 60-dan çox olan M.RzaquluzadəH.Heyne faşizm”, “Rabindranat Taqor”, “Bayron müasirlik s. sanballı məqalələr yazıb.

 

M.Rzaquluzadənin əsərləri geniş oxucu kütləsi tərəfindən həmişə sevilib rəğbətlə qarşılanıb. Bu əsərlərin başlıca mövzusu Yer kürəsinin əşrəfi sayılan insanın şən, firavan həyatı, işıqlı, romantik duyğu düşüncələridir. Bu mənada müəllifin ideya-bədii dəyərlərini itirməyənQaranquş yuvası”, “Zər yazılı mərmər kitab”, “Məktəbə gedir Tokay”, “Bakının axşamları”, “Yaz yuxusu”, “Sirli saz s. əsərləri diqqətəlayiq nümunələrdir. Onun hekayələrində hadisələrin şairanə təsviri oxucunu maqnit kimi özünə çəkir. Dədə Qorquddastanının motivləri əsasında yazılmış “Ana ürəyi, dağ çiçəyihekayəsi xüsusilə məktəblilərin ən çox sevdiyi əsərlərdəndir. YazıçınınDəli ozan”, “El gücühekayələrinin mövzusu daDədə Qorqud”dan götürülüb. OnunQu gölü”, “Təzə tüfəngin siftəsi”, “Yaralı göyərçin”, “Boş qorxular”, “İşıqlar yandı s. hekayələri uşaqların estetik dünyagörüşünün formalaşması baxımından maraqlı əsərlərdir.

 

Mikayıl Rzaquluzadə 1984-cü il noyabrın 10-da vəfat edib. Paytaxtımızın küçələrindən biri ədibin adını daşıyır.

 

Aynurə ƏLİYEVA

 

Mədəniyyət.- 2020.- 19 mart.- S.6.