“Sayrışan şəfəqlər”

 

Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – tanınmış gürcü şairi, Çariça Tamara ədəbi mükafatı laureatı Bela Keburianın “Sayrışan şəfəqlər” adlı şeirlər toplusu Azərbaycan dilində çapdan çıxıb.

 

Kitaba şairin 110 şeiri daxil edilib. Şeirləri tərcümə edən ön sözün müəllifi İmir Məmmədli, kitabın redaktoru Mahir Qarayevdir.

 

Ön sözdə deyilir: “Bela Keburia rasional biliyə əsaslanan poetik cərəyanın parlaq nümayəndələrindəndir. Başqa sözlə desək, o, ənənəvi gürcü şeirinin sadiq davamçılarındandır. Ədəbiyyata ötən əsrin 80-ci illərində gəlib. Həmin dövrdə gürcü poeziyasında 60-cı illərdə başlanan yeni deyim tərzi, yeni forma axtarışı geniş vüsət almışdı. Bu meyl gənclərdə daha güclü idi. Amma Bela Keburia ənənəvi gürcü şeirinə üstünlük verdi, yaradıcılığını ona köklədi axıra qədər seçiminə sadiq qaldı”.

 

 

Mədəniyyət.- 2020.- 19 mart.- S.7.