“Yaşamaq haqqı”
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarın “Yaşamaq haqqı” tarixi-kulturoloji traktatı işıq üzü görüb.
Kitabda qədim dövrdən günümüzədək ümumtürk tarixinə ekskurs olunur. Qədim türk abidəsi olan Orxon-Yenisey kitabələrindən üzü bəri bir çox mənbələrə müraciət edən müəllif tarixi hadisələr, görkəmli şəxsiyyətlər, ictimai-siyasi xadimlər, maarifçilərimiz haqqında şəxsi mülahizələrini bölüşür.
Yazıçı zəngin həyat
təcrübəsi və dərin mütaliəyə dayanan baxışı ilə xalqımızın
millət olaraq formalaşması, dil problemi, Azərbaycanın
ikiyə parçalanması, Şərqdə ilk
demokratik cümhuriyyətin
yaranışı, sovet
imperiyasının qurulması, Stalin
repressiyalarının tariximizdə izləri, ermənilərin
torpaqlarımıza təcavüzü və
Qarabağın işğalı, 20 Yanvar,
Xocalı faciələri, tarix boyu Azərbaycanın başına gətirilmiş
bəlaların ədəbiyyat və
incəsənətimizə necə sirayət etməsi və
s. mövzulara müxtəlif
rakurslardan nəzər salır.
Mədəniyyət.- 2020.- 19 mart.-
S.7.