“Azərbaycanın ürəyidir
Naxçıvan”
Sənədli film
Bolqarıstanda turizm festivalında mükafat qazanıb
Bolqarıstanda keçirilən “Avropanın şərq sahilində” adlı 16-cı Beynəlxalq turizm filmləri festivalında ölkəmiz də təmsil olunub. Ənənəvi festival bu il onlayn şəkildə reallaşıb.
Festivalda ölkələr, bölgələr, təbiət, mədəniyyət, tarixi yerlər və muzeylər, əyləncə turları, ənənəvi adət və ayinlər və s. mövzular üzrə hazırlanmış videoçarxlar onlayn şəkildə geniş auditoriya tərəfindən izlənilib. Bu il festivala 24 ölkədən ümumilikdə 54 film təqdim edilib.
Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü əsasında Naxçıvan Televiziyası tərəfindən hazırlanmış “Azərbaycanın ürəyidir Naxçıvan” adlı sənədli filmin ingilis dilində olan variantı Azərbaycan Xarici İşlər Nazirliyinin Naxçıvan MR-dəki idarəsi tərəfindən festivala təqdim olunub. Film festivalın münsiflər heyəti tərəfindən bəyənilərək “Turizm məkanı” kateqoriyası üzrə (“Reportaj və ya sənədli film” alt-kateqoriyasında) qalib elan olunub.
Sənədli film festivalın rəsmi internet səhifəsində və “Youtube” kanalında yerləşdirilib.
Qeyd edək ki, festivalda
iştirak muxtar
diyarın mədəniyyəti, tarixi, adət-ənənələri
və turizm potensialını təbliğ
etməklə yanaşı, regionun zəngin
irsi, potensialı və mövcud
tərəqqisinin Avropa məkanında
tanıdılmasına imkan verib. Festivalda, həmçinin
təbiət-ekoturizm, idman-macəra və turizm
xidmətləri kateqoriyaları üzrə
mükafatçılar müəyyən olunub.
Mədəniyyət.- 2020.- 8 may.-
S.4.