“Canlı mədəniyyət naminə”
beynəlxalq videokonfrans
Mədəniyyət
Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və
İxtisasartırma Mərkəzi (MEMİM) və Belarus
Respublikasının baş mədəniyyət müəssisəsi
sayılan Mogilyov Mədəniyyət Mərkəzinin birgə
təşkilatçılığı ilə “Canlı mədəniyyət
naminə” adlı videokonfrans təşkil olunub.
MEMİM-dən bildirilib ki, videokonfransda Azərbaycan və Belarus mütəxəssisləri mədəniyyətin postkoronavirus dövründə inkişaf xüsusiyyətlərini müzakirə ediblər. O cümlədən virtuallaşma dövründə xalq kollektivlərinin və ənənəvi mədəni xidmətlərin toxunulmazlığının təmin olunmasının üsul və metodları ətrafında fikir mübadiləsi aparılıb. Bu istiqamətdə yeni metodiki vəsaitlərin birgə hazırlanması və zəruri internet aksiyaların keçirilməsi vurğulanıb.
Azərbaycanda sosial təcrid şəraitində mədəniyyət işçilərinin fəaliyyəti və mədəniyyətin təbliği barədə danışan MEMİM-in direktoru Asif Usubəliyev bildirib ki, karantin dövründə insanların mədəniyyətlə təması, bu vəziyyətdə mümkün streslərdən uzaq olması üçün Mədəniyyət Nazirliyi və tabe müəssisələr tərəfindən çoxlu sayda müxtəlif səpkili layihələr reallaşdırılıb.
Xalqların milli identikliyinin, milli adət-ənənələrin qorunması və gənclər arasında folklora marağın artırılmasının əhəmiyyətini bildirən konfrans iştirakçıları bu yöndə gələcəkdə birgə layihələr həyata keçirmək barədə razılığa gəliblər.
Qeyd edək ki,
iki qurumun təşəbbüsü
ilə 2017-ci ildə metodiki mərkəzlərin
rəhbərlərini birləşdirən Beynəlxalq Metodiki Şura
yaradılıb ki, Azərbaycan həmin şuraya həmsədrlik edir.
Mədəniyyət.- 2020.- 8 may.-
S.3.