Mədəni irslə bağlı maarifləndirici
seminarlar
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə maarifləndirici onlayn seminarlar davam edir.
Mayın 7-də “Mədəni irsin öyrənilməsi ədəbi təhlillər kontekstində” mövzusunda seminar keçirilib. Seminarda “Haqq aşiqi – Nəsimi”, “Azərbaycanda xəlvətilik”, “Nizami Gəncəvi və ədəbi təhlillər”, “Tarixi abidələrimiz, mədəni mirasımız” kimi maraqlı mövzular müzakirə olunub.
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşı Gülnarə İsmayılovanın moderatorluğu ilə keçirilən seminarda AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Səadət Şıxıyeva, Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Fariz Xəlilli məruzələrlə çıxış ediblər.
İştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Mədəniyyət.- 2020.- 8 may.-
S.2.