Onlayn festival-müsabiqənin
gedişi müzakirə
olunub
Bakı
Şəhər Mədəniyyət
Baş İdarəsi
9 May – Qələbə Gününə
həsr olunmuş “Qələbəyə doğru!”
onlayn festival-müsabiqənin
təşkilat komitəsinin
üzvləri ilə videokonfrans keçirib.
Videokonfransda diqqətə çatdırılıb
ki, festival-müsabiqəyə
paytaxtın musiqi və incəsənət məktəblərindən 237 videoçarx
təqdim olunub. Videoçarxlar baş idarənin
baku-art.az rəsmi internet səhifəsində
yerləşdirilib. Videokonfransda “Qələbəyə doğru!”
onlayn festival-müsabiqəsinin
reqlamenti ilə bağlı texniki məsələlər müzakirələr
olunub.
Xatırladaq ki, Bakı Şəhər Mədəniyyət
Baş İdarəsinin
faşizm üzərində
qələbənin 75 illiyi
münasibətilə elan
etdiyi festival-müsabiqənin
məqsədi sosial izolyasiya şəraitində
musiqi təhsilinin inkişafdan qalmaması, istedadlı uşaq və gənclərin böyük səhnəyə
çıxarılması, onların dəstəklənməsi
və yaradıcılıq
potensiallarının yüksəldilməsidir.
Bir turdan ibarət festival-müsabiqə fortepiano, xalq
çalğı, simli,
nəfəs alətləri,
xanəndə, vokal, estrada oxuma
və rəsm ixtisaslarında 3 yaş qrupu üzrə (I qrup – 8-11 yaş, II qrup – 12-14 yaş, III qrup – 15-17 yaş) keçirilir.
Müsabiqəyə hər iştirakçı
ifa müddəti 5 dəqiqəyə qədər
olan bir əsərlə qatılıb. Müsabiqə zamanı konsertmeyster çətinliyi nəzərə
alınıb. İfalar peşəkar
münsiflər heyəti
tərəfindən 10 ballı
sistem ilə qiymətləndiriləcək. Yerlər və mükafatlar münsiflər heyətinin
qərarı ilə müəyyən edilir.
Münsiflər heyətinin qərarına
əsasən, hər nominasiya üzrə I, II,
III yerlərə layiq
görülmüş iştirakçılar
Bakı Şəhər
Mədəniyyət Baş
İdarəsinin təsis
etdiyi müvafiq diplomlarla təltif olunacaq.
I yer – 1 nəfər
(hər qrup və hər nominasiya üzrə).
II yer – 2 nəfər
(hər qrup və hər nominasiya üzrə).
III yer – 3 nəfər
(hər qrup və hər nominasiya üzrə).
Müsabiqədə “Tamaşaçı rəğbətini
qazanan iştirakçı”nın
seçilməsi də nəzərdə tutulub.
Xüsusi fərqlənən
iştirakçılar fəxri fərmanlarla təltif ediləcəklər.
Tamaşaçılar müsabiqəyə təqdim olunan əsərləri baş
idarənin internet səhifəsində izləyib
bəyəndikləri iştirakçıya səs verə bilərlər.
Səsvermə mayın 9-na keçən gecə bitəcək.
Mədəniyyət.- 2020.- 8 may.-
S.7.