Azərbaycanlı şairin şeirləri Gürcüstanın ədəbiyyat portalında

 

 

Gürcüstanın populyar arilimag.ge ədəbiyyat portalı tanınmış şair Salam Sarvanın gürcü dilinə tərcümə edilmiş şeirlərinə yer ayırıb. Şeirlər Dövlət Tərcümə Mərkəzinin həyata keçirdiyi “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində tərcümə edilərək portala təqdim olunub.

 

Portalda S.Sarvanın “Cığır”, “Xətlər”, “Kənd və qənd”, “Soyuducunun səsi”, “Tramvaylar kimi”, “And”, “Darıxmağa dəyməz”, “Körpü”, “Sevgi”, “Kəndirbaz”, “Şəkil və fon” və s. şeirləri dərc olunub.

 

Şeirləri gürcü dilinə İmir Məmmədli tərcümə edib. 2008-ci ildən fəaliyyətə başlayan portal mütəmadi olaraq səhifələrində dünya ədəbiyyatı yazarlarının əsərlərini yayımlayır.

 

Mədəniyyət.- 2020.- 6 may.- S.7.