İlıq yaz günlərində evdə qalıb tamaşa izləmək də varmış...

 

Təbiətin al-əlvan rənglərə boyandığı, günəşin şəfəqləri ilə göz qamaşdırdığı yazın ilıq mayını da məcburi təcriddə keçiririk. Təbii ki, özümüzü və yaxınlarımızı bütün dünyanın düzəninə ildırım kimi düşən COVİD-19 bəlasından qorumaq, daha sağlıqlı, daha gözəl və əmin günləri görmək üçün...

 

Xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar olaraq  teatrlar may ayı üçün repertuarı da, apreldə olduğu kimi, onlayn platformada təqdim edir, fəaliyyətlərinə mövcud  imkanlar daxilində virtual formatda davam edirlər. Tamaşaçılara öz saytları və müxtəlif sosial şəbəkələr vasitəsilə retroyeni səhnə əsərlərini təqdim edən teatrlar artıq videoməşqlər də aparmaqla mövcud vəziyyətdən səmərəli yararlanmağa çalışırlar. Elə teatrların bu günlər daxili videoiclaslarının da əsas mövzusu uzadılmış karantin günlərində tamaşaçılara daha hansı formada onlayn sənət xidməti göstərmək barədədir.

 

Prosesə “#Evdəqal operabalet izlə!” devizi ilə qoşulan Dövlət Akademik Opera Balet Teatrı tamaşaçıları pandemiya günlərində sənətdən uzaq qalmayaraq vaxtlarını daha səmərəli keçirməyə dəvət edir.

 

Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının “Youtube” kanalına və rəsmi internet səhifəsi olan tob.az saytında “#Evdəsənət” bölməsinə daxil olmaqla Azərbaycan və dünya bəstəkarlarının məşhur operabalet əsərlərinin müxtəlif illərdə səhnəyə qoyulmuş tamaşalarının videoyazılarını seyr etmək mümkündür. Teatrın may ayına nəzərdə tutulmuş virtual  repertuar siyahısından operabalet nümunələri ilə yanaşı, müxtəlif vokalbalet parçalarını, klassik konsertləri də izləyə bilərsiniz.

 

Karantin günlərində zəngin onlayn repertuarı ilə seçilən Akademik Milli Dram Teatrı artıq onlayn tamaşalarını ingilis dilində də subtitrlə təqdim etməyə başlayıb. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, mayın 2-də bu formatda ilk tamaşa kimi “Cəhənnəm sakinləri” təqdim olunub. Həmçinin tamaşaların rus dilində subtitrlə nümayişi də nəzərdə tutulub.

 

Mədəniyyət Nazirliyinin tövsiyəsi əsasında həyata keçirilən tamaşaların onlayn nümayişi əvvəlcədən müəyyən edilmiş virtual repertuara uyğun olaraq, saat 12:00 və 19:00-da “Facebooksosial şəbəkəsində, eyni zamanda teatrın rəsmi internet saytı və “Youtube” kanalında təqdim olunur. Tamaşalar ABŞ, Türkiyə, Rusiya, İsrail, İngiltərə, Almaniyabaşqa ölkələrdə yaşayan soydaşlarımız tərəfindən də baxılır.

 

Teatrın may ayı üzrə onlayn şəkildə ümumilikdə 28 tamaşa-nümayiş planlaşdırılır. Virtual repertuarda teatrın hazırda cari repertuarında olmayanMesenat”, “Generalın son əmri”, “Özümüzü kəsən qılınc”, “Aydın”, “Mənim ərim dəlidir”, “Uçqun” və başqa tamaşalar da var.

 

Karantin günlərində seyrçilərini virtual dəvət edən Akademik Musiqili Teatr da əsas tamaşaçı auditoriyasını “Facebook” platformasında açdığı bir neçə ünvanda  bir araya “gətirməyə” çalışır. Eyni zamanda onlayn teatr-tamaşaçı dialoqunda sənətsevərlərin baxmaq istədikləri nümunələrlə bağlı təklifləri toplanır. Bu xüsusda daha çox retro tamaşalara və klassikləşən komediyalara maraq olduğu nəzərə çarpır. Bu qəbildən tamaşalarFacebookda canlı yayım bölməsindən yerləşdirilməsindən az sonra yüzlərlə izləyici-baxış qazanır.

 

Teatrın əməkdaşları müxtəlif sosial xarakterli videorolikləri və  onlayn məşqlərdən görüntüləri də izləyicilərə təqdim edirlər.

 

Dövlət Gənc Tamaşaçılar Teatrı da baxımlı nümunəni izləyicilərinə təqdim edir. Teatrı mayın 8-də quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov olan “Yarımçıq qalmış” tamaşasını növbəti dəfə sosial şəbəkədəki hesabları vasitəsilə təqdim edəcək.

 

Virtual məkanda təqdimatlara qoşulan  Yuğ” Dövlət Teatrı Orxan Fikrətoğlunun hekayələri  əsasında hazırladığı “Fəna” tamaşasını mayın 14-də sosial şəbəkə üzərindən nümayiş etdirəcək.

 

Digər teatrların da may ayı üzrə onlayn repertuarı zəngindir. Tərtib olunan repertuara   nümayişdən qısa müddət sonrakı baxış saylarına nəzər yetirərkən maraqlı nüans diqqəti cəlb edir: tamaşaçılar istər klassik, istərsə müasir əsər fərqinə məhəl qoymadan əsasən rejissor işinə aktyorların oyunundakı peşəkarlığa nəzər yetirir bəzən bunu birbaşa onlayn dialoqla müzakirəyə çıxarırlar.

 

Paytaxtdan kənardaŞəki, Sumqayıt, Lənkəran, Gəncə Dövlət Dram teatrlarının təmsilçiləri uzadılan karantin günlərində həm teatrlarının, həm öz pərəstişkarlarının gözlərini yormadan könüllərini oxşamağa çalışırlar.

 

HƏMİDƏ

 

 

Mədəniyyət.- 2020.- 6 may.- S.3.